SİYASƏT


Prezident İlham Əliyev: Aprel döyüşləri bizim şanlı tariximizdir

A+ A

Bakı, 3 dekabr, AZƏRTAC

Prezident İlham Əliyev Tərtərə səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə aprel döyüşlərinin bizim şanlı tariximiz olduğunu deyib. Dövlətimizin başçısı aprel döyüşləri zamanı Azərbaycan Ordusunun da, Azərbaycan vətəndaşının da qəhrəmanlıq göstərdiyini vurğulayıb. Ordumuzun düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazandığını söyləyən Prezident Azərbaycan Silahlı Qüvvələrinin əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirərək həm bu istiqamətdə, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində - indiki Ağdərə rayonunda, eyni zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində böyük ərazini işğalçılardan azad etdiyini diqqətə çatdırıb. “Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident bildirib ki, Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, hələ ki, işğal altında qalan digər bütün torpaqlar da.

“Bizim tarixi coğrafiyamız çox geniş olub”, - deyən dövlətimizin başçısı İrəvanın, Göyçənin, Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.