Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev: Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”ni sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün dəyərli mexanizm hesab edir YENİLƏNİB 2 VİDEO

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani konfransda iştirak ediblər.

Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rabbani konfransı açıq elan etdi. O, çıxışında bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirərək dedi: “İlk növbədə, fürsətdən istifadə edərək iştirakçı və dəstəkləyici ölkələrin xarici işlər nazirlərini, yüksək səviyyəli nümayəndələrini, regional və beynəlxalq təşkilatların rəsmilərini gözəl Bakı şəhərində “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında salamlamaq istərdim. Biz səmimi qonaqpərvərliyə və bu mühüm konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Biz bu gün Bakıda 7-ci nazirlər toplantısında görüşürük. Bu görüş Əfqanıstanın və Asiyanın Qəlbi regionunda sülhün və tərəqqinin təbliği ilə bağlı qarşıda duran hədəfə çatmaq məqsədi daşıyan bu prosesin uğuru üçün eyni öhdəliyi paylaşdığımızı bir daha təsdiqləyir”.

Səlahuddin Rabbani Asiyanın Qəlbi olan regionda sülhün və əmin-amanlığın təmin edilməsi baxımından bu tədbirin önəmini vurğuladı. “Bu tədbir bir daha bizim müştərək öhdəliyimizi əks etdirir”, - deyən Səlahuddin Rabbani əsas diqqətin regionda iqtisadi inkişafa və əməkdaşlığın daha da dərinləşməsinə yönəldiyini diqqətə çatdırdı. O, terrorla mübarizədə etimadın yaradılması tədbirlərinə rəhbərlik edən ölkələrin proqram və layihələrini həyata keçirməklə bağlı fəal rolunu xüsusi vurğuladı. 2011-ci ildən başlayan prosesin artıq 7-ci dəfədir reallaşdığını, gələn il tədbirin Türkiyədə keçiriləcəyini dedi.

Sonra dövlətimizin başçısı konfransda nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi

-Hörmətli cənab Prezident Əşrəf Qani.

Nümayəndə heyətlərinin rəhbərləri.

Xanımlar və cənablar.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”nin iştirakçı və dəstəkləyici ölkələrini və təşkilatlarını Bakıda keçirilən 7-ci nazirlər toplantısında salamlayıram.

Zati-aliləri, möhtərəm Prezident Məhəmməd Əşrəf Qaniyə nazirlərin Bakı toplantısının açılışında iştirak üçün mənim dəvətimi qəbul etdiyinə görə minnətdarlığımı ifadə edirəm.

Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi”ni Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir. 2012-ci ildə prosesə qoşulandan bəri biz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdəyik.

Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, “Asiyanın Qəlbi” Bəyannamələrində bir daha vurğulanmışdır.

Müstəqilliyinin bərpasının ilk illərindən Azərbaycanın təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində ciddi təhdidlərlə üzləşmişdir. Azərbaycan ərazisinin beşdəbir hissəsinin davam etməkdə olan işğaldan və yüz minlərlə vətəndaşının məcburən öz torpaqlarından qovulmasından əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam anlayır. Ermənistan 20 ildən çoxdur ki, Azərbaycanın təqribən 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.

İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Şəhərlərimiz və kəndlərimiz, binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər Ermənistan tərəfindən dağıdılıb.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir.

Hörmətli qonaqlar, Azərbaycan Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci və ən fəal ölkələr sırasındadır. Biz ikitərəfli səylər və eləcə də çoxtərəfli platforma çərçivəsində fəal iştirakımızla Əfqanıstanda ölkənin sabitliyinə, sülh şəraitində yenidənqurma və inkişafına yardım işinə sadiq olaraq qalırıq.

Əfqanıstanın rifahı və tərəqqisi iqtisadi artım və regional əməkdaşlıq məsələləri ilə qarşılıqlı şəkildə bağlıdır və regionun ümumi təhlükəsizlik mühitindən asılıdır. Çox önəmlidir ki, Əfqanıstanın yenidən qurulması və iqtisadi inkişafı məsələlərinə səylərimizin yönəldilməsi ilə yanaşı, biz ölkənin indiyədək əldə etdiyi tərəqqini qoruyub saxlamaq üçün Əfqanıstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını həll etməkdə davam edirik.

Belə ki, terrorizm, radikal ekstremizm və separatizmin bütün forma və ifadə vasitələrindən qaynaqlanan təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərimizin davam etdirilməsi və bu məqsədlə regional əməkdaşlığın artırılması vacibdir.

Azərbaycan ikitərəfli müstəvidə, eləcə də idarəçilik, hərbi, hüquq mühafizə və minaların təmizlənməsi sahələri üzrə təlimlər vasitəsilə Əfqanıstanla öz təcrübəsini bölüşməyə sadiqdir. Biz Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrindən (İSAF) sonrakı Qətiyyətli Dəstək Missiyasına (RSM) qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı təchiz etməklə töhfə veririk.

Şəffaf, korrupsiyaya və rüşvətə dözümsüz olan Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “ASAN xidmət” Əfqanıstanla fəal şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlıq vətəndaşlara ictimai və fərdi xidmətlər göstərən “bir pəncərə” mərkəzlərinin yaradılması ilə Əfqanıstanın ictimai xidmətlərinin inkişaf etdirilməsinə yönəlmişdir.

Azərbaycan, eyni zamanda, geniş regional bağlılıq vasitəsilə Əfqanıstanın regional iqtisadiyyata inteqrasiyası, eləcə də öz qonşu və daha geniş region ölkələri ilə ticarətin canlandırılması üçün Əfqanıstanla əməkdaşlıq edir.

Azərbaycanın təşəbbüskarı olduğu və davam etməkdə olan regional bağlılıq layihələri, o cümlədən bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri, Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir. Bu layihələr Əfqanıstanın qlobal bazara çıxışını asanlaşdıracaq və bölgədə yükdaşımaların daha qısa, daha sürətli və daha səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq bağlılığı təmin edəcəkdir.

Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan tərəfindən bu yaxınlarda imzalanmış Lapis-Lazuli razılaşması Əfqanıstanı birbaşa Avropa ilə əlaqələndirəcək başlıca beynəlxalq, ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya boyu ticarəti artırmaq üçün infrastrukturun qurulması və təkmilləşdirilməsi vasitəsilə bağlılığa nail olmaq səylərində əldə olunmuş mühüm mərhələdir. Azərbaycan bu razılaşmanın bir hissəsi olaraq tranzit və nəqliyyat baxımından Əfqanıstan üçün çoxsaylı seçimlərin təmin edilməsinə töhfə verməkdən məmnundur.

Əfqanıstanın regional ticarət, tranzit və nəqliyyat üçün vacib qovşaq qismində rolunu nəzərə alaraq bu coğrafi mövqenin faydalarını bölüşmək və Əfqanıstanda davamlı inkişafı dəstəkləmək baxımından Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA) rolu çox mühümdür.

Əfqanıstana yardım yalnız insan həmrəyliyi məsələsi deyil. Bu, bütün region üçün regional iqtisadi əməkdaşlıq kontekstində ölkənin təhlükəsizliyini təmin etmək və böyük potensialını aşkarlamaqdan ibarətdir. Asiyanın Qəlbi regionunda sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsinin iki əsas istiqaməti üzrə strateji müzakirələrin aparılması məqsədilə Bakıda keçirilən nazirlər toplantısının mövzusu “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” seçilmişdir. Əminik ki, uyğun coğrafi mövqeyi, xalqının əzmkarlığı və hökumətin səyləri ilə Əfqanıstan Asiyanın Qəlbi regionunda regional ticarət və bağlılıqda vacib tərəfə çevriləcəkdir.

İnanıram ki, 2015-2025-ci transformasiya onilliyində Əfqanıstana dəstək olmaq üçün birgə səylərimiz Əfqanıstanın layiq olduğu təhlükəsiz, vahid, çiçəklənən və qonşuları ilə sülh şəraitində yaşayan ölkə olmaq məqsədlərinə nail olması üçün mühüm pillədir.

Əfqanıstanın suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə Azərbaycanın dəstəyini vurğulayır və Milli Birlik Hökumətinin qardaş və dost əfqan xalqı üçün vahid və sülh şəraitində çiçəklənən gələcəyə nail olmaq istiqamətində səylərinə uğurlar arzulayıram. Sağ olun.

X X X

Daha sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf QANİ çıxış edərək dedi:

-Biz regional əməkdaşlığa ehtiyacın heç vaxt indiki qədər böyük olmadığı bir vaxtda görüşürük. Qarşımızda duran böyük iqtisadi imkanlar bizi cəlb edir, zərərli transmilli şəbəkələr və cinayətkar təşkilatlar isə bizə təhlükə törədir. Coğrafiya bizi qonşulara çevirib. Ümumi baxış, liderlik, siyasi iradə, idarəçiliyə güclü diqqət bizi bir-birindən asılı olan dünyada regional və qlobal təhlükəsizlik çərçivəsində milli təhlükəsizlik və tərəqqiyə can atan tərəfdaşlara çevirəcək.

Cənab Prezident, icazə verin, bizi tarixi və gündən-günə gözəlləşən Bakı şəhərində qəbul etdiyinizə görə Sizə və Azərbaycan xalqına təşəkkür edim. Sizin Şimal marşrutunun açılması ilə bağlı rəhbərliyiniz bizim təhlükəsizliyimiz üçün mühüm əhəmiyyət kəsb edir və onun çoxmodullu nəqliyyat sistemində Lapus-Lazuli dəhlizinə çevrilməsi regional və qlobal iqtisadi bağlılıqda aparıcı rol oynayacaq. Sizin cəsur əsgərləriniz bizim təhlükəsizliyimizə, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinə və Qətiyyətli Dəstək Missiyasına öz töhfələrini veriblər. Biz Sizin hərbi dəstəyin artırılması ilə bağlı son bəyanatınızı alqışlayırıq. Siz özünüzə miras qalmış elan olunmamış müharibədən, məcburi köçkünlük, yoxsulluq, cinayətkarlıq və korrupsiyadan qaynaqlanan problemlərinizi həll edərək bizim problemlərimizi və perspektivlərimizi dərindən başa düşdüyünüzü nümayiş etdirmisiniz. 2000-ci ildən başlayaraq ümumi daxili məhsulun yüksəlməsi timsalında Sizin problemlərin öhdəsindən gəlməkdə əldə etdiyiniz uğur sabitlik və rifah axtarışımızda bizə inam verir. Davamlı islahatlar və ya nümunələr vasitəsilə iqtisadiyyatınızı sistematik olaraq şaxələndirməyiniz bizi sevindirir. Siz birbaşa təlim və paylaşma vasitəsilə bizə ən yaxşı formada texniki yardım göstərirsiniz. Mən bu gün ölkələrimiz arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması üzrə sazişin, eləcə də digər sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”nə dəstək verən bütün ölkələrə və beynəlxalq təşkilatlara minnətdarlıq edən Prezident Məhəmməd Əşrəf Qani hazırda Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün yol xəritəsinin həyata keçirildiyini bildirdi, ölkəsinin Asiya regionunda tutduğu mövqedən danışdı, əfqan xalqının və hökumətinin mövcud problemlərin aradan qaldırmaq yolunda əzmlə çalışdığını dedi. Bu istiqamətdə İŞİD və terrorizmin bütün təzahürlərinə qarşı mübarizə, narkotiklərin qarşısının alınması ilə bağlı tədbirlərin görüldüyünü deyən Məhəmməd Əşrəf Qani son illərdə Əfqanıstanda infrastrukturun yaradılması, qonşu ölkələrlə ticari və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində görülən işlərdən də bəhs etdi. Əfqanıstanın təbii ehtiyatlarından səmərəli istifadəyə, ölkədə kənd təsərrüfatının inkişafı sahəsində geniş fəaliyyət proqramına başlandığını və uğurla icra edildiyini diqqətə çatdırdı.

X X X

Sonda birgə foto çəkdirildi.

Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev: Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”ni sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün dəyərli mexanizm hesab edir YENİLƏNİB 2 VİDEO

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək VİDEO