İDMAN
Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandasının üzvlərini təltif edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən iki nəfər “Şöhrət” ordeni, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, səkkiz nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, doqquz nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Milli Paralimpiya komandasının üzvü İlham Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
İdmançılar və onların məşqçiləri bu mükafatlara XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]