SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada inkişaf etmiş ölkə kimi tanınır

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC 

Prezident İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığma komandalarının üzvləri ilə görüşündə Bakıda artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsinin bir ənənəyə çevrildiyini söyləyib. “Azərbaycanda Avropa, dünya çempionatları keçirilir və çox uğurla keçirilir”, - deyən dövlətimizin başçısı Azərbaycanın artıq dünyada inkişaf etmiş ölkə kimi tanındığını vurğulayıb. Prezident bildirib: “Azərbaycana gələn qonaqların demək olar ki, mütləq əksəriyyəti öz vətənlərinə ən xoş təəssüratlarla qayıdırlar. Əminəm ki, bu Olimpiadada iştirak edəcək bütün şahmatçılar şəhərimizlə, ölkəmizlə tanış olacaqlar, bu iki həftə ərzində Azərbaycanı sevəcəklər və ondan sonra ola bilər ki, turist kimi də ölkəmizə qayıdacaqlar”.

Dövlətimiz başçısı qeyd edib ki, beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, Azərbaycana olan hörməti göstərir. “Ötən il birinci Avropa Oyunları çox böyük uğurla keçirilmişdir. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bu il “Formula-1” yarışı keçirilmişdir ki, bunun da auditoriyası 500 milyon insandır. Gələn il isə İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu gün Şahmat Olimpiadası başlayır”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.