SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycan elə təşəbbüslər irəli sürür ki, bu, dünya üçün bir yenilikdir

Bakı, 26 may, AZƏRTAC

Mən dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın. Azərbaycanda bir çox sosial təşəbbüslər irəli sürülüb, sosial infrastruktur layihələri geniş vüsət alıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Dövlətimizin başçısı deyib: “Azərbaycan elə təşəbbüslər irəli sürür ki, bu, dünya üçün bir yenilikdir. Mən bunların arasında kütləvi müayinədənkeçmə proqramını xüsusi qeyd etmək istərdim. Bir neçə ildir ki, bu proqram icra edilir. Bu proqramı icra etmək üçün, ilk növbədə, səhiyyə sahəsində islahatlar aparılmalı və müasir infrastruktur yaradılmalı idi. Artıq 600-dən çox xəstəxananın tikintisi, təmiri bizə belə imkanları yaradır. Kütləvi müayinədənkeçmə proqramını əhatə edən bütün qurumlar bu nəticəni əldə ediblər - bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz müayinədən keçib. Bax, bizim siyasətimiz bundan ibarətdir. Bizim siyasətimiz 3 mindən artıq məktəbin tikilməsində, maaşların, pensiyaların artırılmasında özünü göstərir. Azərbaycan büdcəsində sosial xərclər əlbəttə ki, prioritet olaraq qalacaq və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.