RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisini və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbərini qəbul etmişdir VİDEO
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, ATƏT–in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazəni və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Marianini qəbul etmişdir.
Görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.