RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib VİDEO

A+ A

Biləsuvar, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə Biləsuvar şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və rayonda görülən işlər barədə məlumat verdi.

Bu istirahət ocağı da Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin göstəricisidir. Parkda milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılıb. Buradakı rəngarənglik və yenidənqurma tədbirlərinin mükəmməlliyi parkın cəlbediciliyini daha da artırır. Orijinal fəvvarələr və müasir işıqlandırma sistemi bu istirahət ocağının gözəlliyini daha da artırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır