RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru ilə görüşüb [YENİLƏNİB] VİDEO
Davos, 17 yanvar, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru Şamşir Vayalil ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli əməkdaşlığın olduğu qeyd edildi. Azərbaycan ilə “VPS Healthcare” şirkəti arasında səhiyyə sahəsində əlaqələrin yaxşı perspektivlərinin olduğu vurğulandı, bu sahədə əməkdaşlıqla bağlı məsələlər ətrafında müzakirələr aparıldı.