Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev: Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir
Azərbaycan dövlətinin başçısı bu fikri Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşdə söyləyib YENİLƏNİB - 2

Paris, 14 mart, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransa Şirkətlər Hərəkatının vitse-prezidenti xanım Mari-Anj Debon Azərbaycan Prezidenti İlham Əliyevi salamladı, belə tədbirlərin Azərbaycan ilə Fransa şirkətləri arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirdi. O, bu görüşdə onlarla şirkətin nümayəndələrinin təmsil olunduğunu vurğuladı, tədbirin səmərəli keçəcəyinə əminliyini ifadə etdi.

Tədbirin aparıcısı dedi: Zati-aliləri, möhtərəm cənab Prezident. Hörmətli nazirlər, səfirlər, nümayəndə heyətinin üzvləri. Bu gün Sizi öz aramızda görmək bizim üçün şərəfdir, biz bundan məmnunuq. Məlumdur ki, bu, bizim birinci görüşümüz deyil. Sizin MEDEF ilə uzunmüddətli əlaqələriniz var. Bu, Sizin MEDEF ilə doqquzuncu görüşünüzdür. Beləliklə, bu, çox təsirləndirici haldır.

Mənim may ayında nümayəndə heyətinə rəhbərlik etmək imkanım olmuşdu və Siz bizi qəbul etmişdiniz. May ayındakı görüşdə iştirak etmiş nümayəndə heyətinin bəzi üzvləri indi bu otaqdadırlar. Hesab edirəm ki, bu görüşlərin keçirilməsi çox faydalı, səmərəli və məhsuldar olmuşdur.

Bu gün, cənab Prezident, görə bilərsiniz ki, Sizin səfəriniz bir çox insanların diqqətini cəlb edib. Bir çox şirkətlər - Fransa iqtisadiyyatının əksər sektorlarını təmsil edən faktiki olaraq yetmişdən çox şirkət bu görüşdə iştirak üçün müraciət etmişdir. Bu, onu göstərir ki, Sizin ölkəniz bir çox fransız şirkətlərini cəlb edir. Eyni zamanda, bu, onu da göstərir ki, hər iki ölkə öz iqtisadiyyatını daha da inkişaf etdirmək istəyir. Beləliklə, bu gün bütün bu şirkətlərə təşəbbüskarı olduğunuz bütün layihələr və təşəbbüslər barədə suallarla Sizə müraciət etmək imkanı verilir. Bu imkanı yaratdığınız üçün Sizə bir daha təşəkkürümü bildirirəm.

Bizə artıq həyata keçirilməkdə olan bütün bu təşəbbüslər yaxşı təsir göstərir və biz Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün ölkənizdə reallaşdırılmaqda olan və reallaşdırmaq istədiyiniz bütün layihələr barədə Sizin ilə fikir mübadiləsini aparmaq istəyirik. Daha vaxtınızı çox almaq istəmirəm. Biz hamımız burada Sizi dinləmək və icazənizlə Sizinlə fikir mübadiləsi aparmaq üçün toplaşmışıq. Beləliklə, bir daha çox sağ olun, cənab Prezident. İcazə versəydiniz, auditoriyadan da Sizə sualla müraciət etmək imkanını yaradardıq. Lakin ilk növbədə sözü Sizə verirəm. Bir daha çox sağ olun. Mən bizim hər iki səfirimizə də təşəkkürümü bildirirəm. Onlar diplomatiyanın və iqtisadiyyatın iki ciddi mövzu olduğunu çox yaxşı bilirlər və bir yerdə daha da yaxşı işləmək üçün bir çox şirkətlərə dəstək göstərirlər. Çox sağ olun, cənab Prezident.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin 
çıxışı

-Dəvətinizə görə çox sağ olun. Mən bir daha MEDEF nümayəndələri ilə görüşməyə çox şadam. Sizin də artıq qeyd etdiyiniz kimi, bu, mənim artıq doqquzuncu görüşümdür. Fransaya ilk rəsmi səfər etdikdə mənim Fransanın biznes ictimaiyyəti ilə görüşüm olmuşdur. Bu görüş iqtisadi əməkdaşlığımızın inkişafı baxımından çox vacib idi. Mən ikitərəfli iqtisadi əməkdaşlığın təşviqində MEDEF-in və MEDEF üzvlərinin çox vacib rolunu vurğulamaq istəyirəm. 

Hesab edirəm ki, bu gün bizim çox yüksək səviyyədə iqtisadi əlaqələrimiz var. Bir çox layihələr icra olunmuşdur, bir çox fransız şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Fransaya səfərimdən öncə əldə etdiyim məlumata görə, 50-dən çox fransız şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. İqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu sərmayələr əsasən enerji sektoruna qoyulmuşdur, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır. Bu isə hazırkı mərhələdə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın hökumət qurumları və fransız şirkətləri tərəfindən imzalanmış müqavilələrin dəyəri 2 milyard dollara yaxındır. Beləliklə, bu, ilk növbədə ölkəmizin potensialını nümayiş etdirir, bu, fransız biznes dairələrinin Azərbaycandakı fəaliyyətə marağının göstəricisidir. Eyni zamanda, bu, Azərbaycanda yerli və əcnəbi biznes qruplarına iş görmək, sərmayə yatırmaq və yaxşı podratçı olmaq üçün çox əlverişli şəraitin yaradıldığına dəlalət edir. Azərbaycanda fəaliyyət göstərən fransız şirkətləri bizə iqtisadiyyatımızın müxtəlif sektorlarını inkişaf etdirməyə kömək göstəriblər. Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda bizim çox güclü əlaqələrimiz var. İcra edilməkdə olan layihələr qarşılıqlı faydalara gətirib çıxarır.

Bizim, eyni zamanda, infrastruktur, nəqliyyat, ictimai nəqliyyat, metro, dəmir yolu nəqliyyatı, suyun idarə edilməsi və bu sektorlara investisiyaların yatırılması sahəsində güclü əməkdaşlığımız var. Həmçinin kosmik sahəni qeyd etmək istərdim. Bu, bizim ölkə üçün nisbətən yeni sahədir. Lakin Azərbaycan bir neçə il bundan öncə beynəlxalq kosmik kluba qoşulmuşdur və ölkəmizin artıq iki peyki fəaliyyət göstərir. Ümid edirik ki, fransız şirkətlərinin fəal iştirakı ilə üçüncüsü də olacaq.

Kənd təsərrüfatı sahəsində yaxşı perspektivlərimiz var. Şadam ki, ötən bir neçə il ərzində iqtisadiyyatımızın bu sektoru da çevik inkişaf etməyə başlamışdır və bu, həmçinin fransız şirkətlərinin iştirakı ilə baş vermişdir. Xüsusilə üzüm bağlarımızın inkişafını qeyd etmək istəyirəm. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq məqsədilə iqlim şəraitimizdən maksimum dərəcədə istifadə olunmuşdur.

Bizim təhsil sahəsində yaxşı əməkdaşlığımız var. Artıq üç ildir ki, fəaliyyət göstərən Fransız Liseyi bu əməkdaşlığın yaxşı nümunəsidir. Bundan sonra isə biz Fransız-Azərbaycan Universitetinin açılışını etdik. Bu, nəinki təkcə bizim təhsil potensialımızı gücləndirir, eyni zamanda, həmin təhsil ocaqlarında təhsil alan uşaqlar və gənc nəsil artıq, bir sözlə, bu iki ölkənin ictimai səfirlərinə çevrilirlər. Çünki onların həyatı Fransa ilə əməkdaşlığa bağlı olacaqdır.

Biz Azərbaycanda çox əsaslı islahatlar paketini həyata keçirdik. Bu, əsasən ötən il oldu. Ötən il çox dərin iqtisadi islahatlar ili olmuşdur. Bu təşəbbüsə beynəlxalq maliyyə institutları çox güclü dəstək göstərmişdir. Bu, iqtisadiyyatımızın şaxələndirilməsinə aparan bir yoldur. Əslində, biz neft və qazdan asılılığı azaltmaq üçün bunun üzərində uzun illər idi ki, çalışırdıq və bunu etməyə nail olduq. Hazırda neft və qaz ümumi daxili məhsulun təqribən 30 faizdən artığını təşkil edir. Qalan hissə qeyri-neft sektorunun payına düşür. İndi isə biz ixracımızı şaxələndirmək üçün fəal çalışırıq. Neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyü bir dönəmdə buna indi xüsusilə ehtiyac var və artıq bizə əvvəllər olduğu kimi, əldə edə bilmədiyimiz gəlirləri qeyri-enerji ixrac potensialı ilə kompensasiya etmək lazımdır. Buna görə, biz əsasən kənd təsərrüfatı, sənaye sektorlarına sərmayə yatırdıq və eyni zamanda, bazarların axtarışındayıq. Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir.

Ötən ay tərəfdaşlıq razılaşması üzrə Avropa Komissiyası ilə danışıqlara başladığımızı nəzərə alaraq, - yeri gəlmişkən, bu, bir çox sahələri, o cümlədən iqtisadi əməkdaşlığı əhatə edəcək çox hərtərəfli bir sənəd olmalıdır, - hesab edirəm ki, əməkdaşlığımızın vacib bir elementi də ikitərəfli ticarətin artırılması ola bilər. Zənnimcə, bu gün bu, bir milyard avrodan azdır. Lakin ticarətimizin strukturuna baxsanız görərsiniz ki, bu, əsasən bizim Fransaya neft ixracatımızdır. Beləliklə, biz bunu şaxələndirməliyik, daha çox alıb, daha çox satmalıyıq.

Hesab edirəm ki, iqtisadi əməkdaşlığımızın çox yaxşı mexanizmi var. Bu, birgə iqtisadi komissiyadır. Bu komissiyanın iclası bu yaxınlarda keçirilmişdir. Bu komissiya əməkdaşlığımızın bütün vacib sahələri ilə bağlı məsələlərlə məşğul olur. İslahatlar bizə uzunmüddətli dayanıqlı inkişafa, iqtisadi artıma, ölkəmizin və iqtisadiyyatımızın müasirləşdirilməsinə nail olmaq imkanı verəcək. Çünki artıq bir neçə dəfə qeyd etdiyim kimi, Azərbaycanda postneft dönəmi başlamışdır. Bu, bizim ehtiyatlarımızın tükənməsi ilə əlaqəli deyil. Xeyr, bizim böyük neft və qaz ehtiyatlarımız var. Biz onları gələcək bir neçə on illər ərzində bazara çıxaracağıq. Lakin indi bizə sanki təbii ehtiyatlara malik olmadan gələcəyimizi planlaşdırmaq lazımdır. İqtisadiyyatımızı rəqabətlilik, düzgün idarəetmə əsasında qurmalıyıq.

Əlbəttə ki, biz islahatlarımızda inkişaf etmiş ölkələrin təcrübəsindən də istifadə edirik. Eyni zamanda, bizim çox yaxşı məsləhətçilərimiz var. Onlar bizə iqtisadiyyatımızın hər bir sektoru üçün strateji yol xəritələri hazırlamağa kömək edirlər. Azərbaycanda iqtisadi inkişaf sabitdir. Əvvəlki illərdə ümumi daxili məhsulun göstəricisi çox yüksək olmuşdur və bu da əsasən neft və qaz sektorunun sayəsində baş vermişdir. Lakin artım təkcə bu sektorla bağlı deyildi. Bu gün Azərbaycanda sabit iqtisadi və siyasi vəziyyət ölkə iqtisadiyyatının cəlbedici olması üçün ilkin şərtlərdən biridir. Biz bu nəticələrə çox ağır bir şəraitdə nail olduq. Bu, humanitar fəlakət idi. Biz bütün beynəlxalq hüquq normalarını pozan Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarını işğal etməsi nəticəsində evlərini və əmlakını itirmiş yüz minlərlə qaçqın və məcburi köçkünü yerləşdirməli olduq. Beləliklə, bu təcavüz nəticəsində bir milyondan çox qaçqınımız və məcburi köçkünümüz var. Onların da qeydinə qalmaq üçün çoxlu pul tələb olunur. Biz əsasən bu insanların sosial müdafiəsinə sərmayə yatırdıq və ötən illərdə onların arasından iki yüz əlli min nəfərə yeni mənzillər və evlər verildi. Beləliklə, biz bütün müasir infrastruktur ilə təchiz olunmuş böyük şəhər miqyasında evlər tikdik.

Mən münaqişə barədə danışarkən Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı müəyyən narahatlığımı ifadə etmək istərdim. Çünki təkcə Dağlıq Qarabağ deyil, Dağlıq Qarabağ ətrafındakı 7 rayon da işğal altındadır. Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir. Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir. Ona görə də mən bu narahatlığı ifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərən şirkətləri bu fəaliyyətdən çəkinməyə çağırmaq istərdim. Bu fəaliyyət çoxlu gəlir gətirməyəcək, lakin çoxlu çətinliklər yarada bilər. Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil. Mən başa düşürəm ki, bu şirkətlər bunu öz riskləri hesabına edirlər, lakin mənim borcum sadəcə onlara bundan çəkinməklə bağlı xəbərdarlıq etməkdir. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sözümün yekununda, həmçinin bildirmək istərdim ki, bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim. O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan. Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir. Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar.

Azərbaycana gəlincə, əlbəttə bizim çətinliklərimiz, problemlərimiz var. Biz hələ də islahatların həyata keçirilməsi prosesindəyik. Lakin mən xüsusilə neftdən əldə olunan gəlirlərimizin 3-4 dəfə aşağı düşməsini nəzərə alaraq, Azərbaycanın neft istehsal edən ölkələr arasında ən yaxşı göstəricilərdən birinə malik olduğunu göstərmək üçün bəzi rəqəmləri diqqətinizə çatdırmaq istərdim. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Bu, çox yaxşı reytinqdir. Beləliklə, biz dünyanın 40 ən rəqabətədavamlı ölkəsi sırasındayıq. Bu, ən son reytinqdir. Bu reytinq bizə neftin qiyməti yüksək olanda verilməyib. Davosun başqa bir reytinqində Azərbaycan inkişaf etməkdə olan ölkələrin inkişaf səviyyəsinə görə 1-ci və 2-ci yerləri paylaşır. Bizim xarici borcumuz çox aşağıdır, bu, ümumi daxili məhsulumuzun 20 faizinə bərabərdir. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, əgər istəsək, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və xarici borcumuz sıfır olar. Biz işsizliyi 5 faizə, yoxsulluğu isə 6 faizdən aşağı endirməyə nail olmuşuq. Azərbaycanda məşğulluğun səviyyəsi əsasən çox əlverişli biznes mühiti və investisiya mühiti sayəsində qalxıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Bu proses davam edir və ümidvarıq ki, bu il də çox sayda şirkət investisiya yatıracaq. Çox yaxşı haldır ki, indi onlar təkcə neft və qaz sahəsinə deyil, həm də xidmət, turizm, otel biznesinə, kənd təsərrüfatına investisiya yatırırlar. Xarici və yerli şirkətlərin bütün investisiyaları lazımi şəkildə qorunur. Buna görə də, bu, Azərbaycana investisiya yatırmaq üçün əlavə stimul və maraq yaradır. Eyni zamanda, regionda güclü iqtisadi mövqeyə, qonşularla yaxşı əlaqələrə və güclü maliyyə ehtiyatlarına malik olaraq biz strateji əhəmiyyət kəsb etdiyini düşündüyümüz sektorlara podratçılar cəlb edə bilərik.

Qarşıdakı illərdə bizim əsas diqqət yetirəcəyimiz sahə iqtisadiyyatımızın qeyri-neft sektoru, əsasən də kənd təsərrüfatı olacaq. Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycana gəlməyə - müasirləşmə və məhsuldarlığın artırılması ilə bağlı layihələri həyata keçirmək üçün Azərbaycan hökuməti ilə işləməyə dəvət edirəm. Suvarma bizim əsas diqqət yetirdiyimiz sahələrdən biridir. Təkcə, bu il biz çoxlu investisiya cəlb edərək əvvəllər suvarılmamış azı 100-150 min hektar sahəni su ilə təmin edəcəyik. Bu, əlavə böyük həcmdə məhsulların istehsalına gətirib çıxaracaq.

İnformasiya texnologiyaları çox sürətlə inkişaf edir və bizim bu sektorun inkişafı ilə bağlı xüsusi proqramımız var. Müasir texnologiyalar, sənaye potensialı, tikinti, əlbəttə ki, nəqliyyat - dünyanın hər yerindən şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün çoxlu imkanlar var.

Həyata keçirdiyimiz strateji layihələr arasında mən ikisini qeyd etmək istərdim. Birincisi, əlbəttə ki, Cənub Qaz Dəhlizidir. Bu, hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab olunur. Layihənin dəyəri 40 milyard dollara yaxındır. Bu, 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən inteqrasiya olunmuş kəmər sistemidir. Avropa Komissiyası bu layihəyə güclü dəstək verir və Azərbaycan bu layihədə aparıcı rola malikdir. Bu layihə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək. Əlbəttə ki, bu layihənin həyata keçirilməsində bir çox şirkətlər iştirak edir. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi layihəsidir və bu, həqiqətən də XXI əsrin layihəsidir. Çünki layihənin həyata keçirilməsini təşkil etmək nə texniki, nə də maliyyə nöqteyi-nəzərindən asan məsələ deyildi. Bu layihə beynəlxalq maliyyə institutları, əsasən də Dünya Bankı tərəfindən dəstəklənir və mən şadam ki, Fransa bankları da bu layihənin həyata keçirilməsinin maliyyələşməsini təmin edir.

Bizim diqqət yetirdiyimiz başqa bir strateji istiqamət Azərbaycanda nəqliyyat qovşağının yaradılmasıdır. Bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Asiya ilə Avropanın arasında yerləşirik və artıq sahib olduğumuz müasir nəqliyyat infrastrukturu ilə böyük maraq cəlb edirik. Bizim hər növ təyyarə, o cümlədən ən böyük yük təyyarələri qəbul edə bilən 6 beynəlxalq hava limanımız var. Biz artıq region üçün hava nəqliyyatı ilə yükdaşımalar qovşağına çevrilmişik. Bizim bütün qonşu ölkələrlə dəmir yolu əlaqələrimiz var. Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyə ilə dəmir yolu əlaqəsi bu il yaradılacaq. Bu, Xəzər dənizi, Azərbaycan vasitəsilə Çindən Avropaya dəhliz açır. Bu, yüklərin daşınması vaxtını iki dəfə azaldır. İlk sınaq qatarı artıq bizim ərazimizdən keçib. Ötən il biz, həmçinin Hindistandan Pakistan, Fars körfəzi, İran, Azərbaycan, Rusiya, Şimali Avropaya uzanan Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılmasına çoxlu investisiya yatırmaqla, bizi İranla birləşdirən dəmir yolu xəttinin çatışmayan hissəsini tamamlamışıq. Biz bir neçə mühüm beynəlxalq toplantı və tədbir təşkil etmişik. Biz üzərimizə düşən hər şeyi etmişik. Beləliklə, bu dəhlizin çatışmayan hissəsi tikilən kimi biz Hindistandan Şimali Avropaya yüklərin indiki 40-45 gün əvəzinə 14 günə daşınmasına imkan verən yeni marşrut açacağıq. Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir.

İnfrastruktursuz coğrafiya çox da böyük məna kəsb etmir. Hazırda biz Xəzərdə yükaşırma qabiliyyəti 25 milyon ton olan ən böyük dəniz limanını tikirik. Birinci mərhələ bu il tamamlanacaq. Qeyd etdiyim kimi, 6 beynəlxalq hava limanı, müasir yük gəmiləri, hər növ gəmi istehsal edə bilən gəmiqayırma zavodu, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və əlbəttə ki, qonşularla çox yaxşı əlaqələr. Çünki qonşularla əməkdaşlıq etməsən nəqliyyatda hədəflərə nail ola bilməzsən. Bizim bütün qonşularımızla - Şimal, Cənub, Qərb və Xəzər dənizindən o yana Şərq qonşularımızla əla siyasi və iqtisadi əlaqələrimiz var, bu, həmçinin regionun sabitliyi üçün vacibdir. Daxildə sabitlik, daxildə inkişaf və sərhədlərimizdən kənarda proqnozlaşdırılabilən vəziyyət, qonşularla yaxşı əlaqələr - bütün bunlar artıq baş verir. Bu, reallıqdır. Başqa sözlə, bizim siyasətimiz regionda yeni reallıq və ilk növbədə, qeyd etdiyim kimi, qonşularımızla yeni əməkdaşlıq formatı yaradıb.

Biz, həmçinin təkcə ikitərəfli deyil, həm də artıq üçtərəfli regional əməkdaşlıq formatı yaratmışıq. Məsələn, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və son olaraq Azərbaycan-İran-Rusiya üçtərəfli iqtisadi və siyasi əməkdaşlığı. Bu, regionda çox müsbət siyasi və iqtisadi mühit yaradan üçtərəfli əməkdaşlıq formatıdır. Qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi də əməkdaşlıq formatı baxımından çox cəlbedicidir. Çünki burada Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı üzvləri Yunanıstan, İtaliya, Bolqarıstan və həmçinin Albaniya iştirak edir. Artıq 3 ildir ki, hər il yeddi ölkə əməkdaşlığı gücləndirmək məqsədilə dəhlizin məşvərət şurası üçün Bakıda toplaşır. Bu, təkcə qazla bağlı deyil, bu, biznesdir, investisiya, məşğulluq, proqnozlaşdırılma və əməkdaşlıqdır.

Sonda demək istərdim ki, qeyd etdiyim kimi, ötən ay Brüsseldə biz Avropa İttifaqı ilə Azərbaycanın yeni əməkdaşlıq prosesinə start vermişik. Azərbaycan Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq sənədi imzalayıb. Bu, o deməkdir ki, Avropa İttifaqı üzvlərinin üçdəbiri bizim strateji tərəfdaşımızdır. Təbiidir ki, hazırda biz Avropa Komissiyası ilə əlaqələrimizi daha da gücləndirəcək strateji tərəfdaşlıq razılaşması üzərində işləyirik.

Əlbəttə ki, əvvəldə dediyimə qayıdıram, bizim Fransa ilə əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Bizim əla siyasi əlaqələrimiz var. Prezident Olland iki dəfə Azərbaycanda səfərdə olub - 2014-2015-ci illərdə. Bundan əvvəl Prezident Sarkozi Azərbaycanda səfərdə olub. Mən tez-tez sizin ölkənizdə səfərdə oluram. Mənim bugünkü və sabahkı rəsmi səfərim güclü əməkdaşlığımızın daha bir göstəricisidir və işgüzar əlaqələr bu əməkdaşlığın ayrılmaz hissəsidir.

X X X

Görüşdə Azərbaycanda dəmir yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı, energetika, neft-qaz sənayesi, maliyyə-bank sistemi, şəhər infrastrukturu layihələri, kənd təsərrüfatı, irriqasiya sistemi, turizm, mehmanxana sənayesi, bərpaolunan enerji və digər sahələrdə Azərbaycan ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və bu sahədə əlaqələrin inkişafına dair interaktiv fikir mübadiləsi aparıldı. 

Prezident İlham Əliyev bu sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı suallara ətraflı cavab verdi.

Sonda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales Air Systems SA” şirkəti arasında Anlaşma Memorandumu imzalandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib