İQTİSADİYYAT


Prezident İlham Əliyev: Bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır

Bakı, 26 may, AZƏRTAC 

Bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır. Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə uğurlara imza atıb. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda səsləndirib.

Dövlətimizin başçısı deyib: “Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. “Şahdəniz-2” layihəsinin icrası 93 faizə çatıb. İkinci layihə Cənubi Qafqaz kəməridir. Orada icra səviyyəsi 85 faizdir. Üçüncü layihə Trans-Anadolu neft kəməri – TANAP-dır. Burada işlərin 72 faizinin görülməsi təmin edilib. Dördüncü layihə Trans-Adriatik kəməri – TAP-dır. Orada isə icra səviyyəsi 42 faizdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.