İQTİSADİYYAT


Prezident İlham Əliyev: Bundan sonra inşaat işləri Azərbaycanda daha sürətlə aparılacaq

Bakı, 12 iyul, AZƏRTAC 

Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. “Ağ şəhər”də onlarla bina inşa olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident bildirib ki, Bakının digər yerlərində, eləcə də, digər şəhərlərimizdə mənzil tikintisi geniş vüsət alıb. Bunun tikinti materialları sektoruna da müsbət təsiri var və olacaq.

Ölkə rəhbəri iş adamlarına bu sahəyə daha böyük diqqət yetirmələrini və sərmayə qoymalarını məsləhət görüb. Çünki bundan sonra inşaat işləri Azərbaycanda daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.