RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Davosda “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri ilə görüşüb [YENİLƏNİB] VİDEO

Davos, 17 yanvar, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ilə görüşüb.

Görüşdə “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ətraf mühitin qorunması, məişət tullantılarının yandırılması sahəsində bu şirkətlər qrupunun gördüyü işlər və imkanları barədə dövlətimizin başçısına məlumat verdi. Erik Olsen Azərbaycanı əməkdaşlıq baxımından cəlbedici ölkə kimi dəyərləndirərək respublikamızla əlaqələr qurmağa hazır olduqlarını vurğuladı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır