RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti ilə görüşüb [YENİLƏNİB] VİDEO

A+ A

Davos, 18 yanvar, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Prezident İlham Əliyev Azərbaycan ilə “LUKOIL” şirkəti arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirdi ki, şirkətin Azərbaycandakı fəaliyyəti yaxşı tarixə malikdir. Dövlətimizin başçısı “LUKOIL” şirkətinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirdi.

Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirdi, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.

Söhbət zamanı “Şahdəniz” layihəsi ilə bağlı həyata keçirilən tədbirlər, “LUKOIL” tərəfindən Xəzərin Rusiya sektorunda hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəqli, həmçinin dünyada neftin qiymətinin perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır