CƏMİYYƏT


Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşını təltif edib

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən, DSX-nin iki əməkdaşına “general-leytenant”, bir nəfərə isə “general-mayor” ali hərbi rütbəsi verilib.

Həmçinin “Vətənə xidmətə görə” ordeninin 1-ci və 2-ci dərəcələrinin hər biri ilə bir, 3-cü dərəcəsi ilə isə üç nəfər təltif olunub.

Bundan başqa, 13 nəfər “Vətən uğrunda”, 10 nəfər “İgidliyə görə”, 26 nəfər “Hərbi xidmətlərə görə”, bir nəfər isə “Tərəqqi” medallarına layiq görülüb. Habelə bir nəfər “Əməkdar həkim”, bir nəfər isə “Əməkdar müəllim” fəxri adları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.