Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak etmişdir VİDEO

Bakı, 10 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidentini Gədəbəy aşıqları öz ifaları ilə salamladılar.

Prezident İlham ƏLİYEV dedi:

- Salam. Xoş gördük. Nə var, nə yox? Necəsiniz?

Aşıq İsfəndiyar RÜSTƏMOV:

Xoş gəlibsiniz bu diyara,

Heydər oğlu İlhamımız.

Mən qurbanam o boyuna,

Heydər oğlu İlhamımız.

Gələn yolun, qədəmlərin mübarək,

Hər təzə ayların, ilin mübarək.

Müstəqil dövlətin, elin mübarək,

Yaşa, Heydər oğlu, yaşa, min yaşa.

Bizim xalqın Sizə var məhəbbəti,

Bu dağların tükənməzdir sərvəti.

Aşıq İsfəndiyar edir niyyəti,

Mehriban xanımla ömür sür başa,

Yaşa, Heydər oğlu, yaşa, min yaşa.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Aşıq İsfəndiyar RÜSTƏMOV: Boyuna qurban olum. Xoş gəlmisən. Bu saz müqəddəs olduğuna görə mən bu sazı Gədəbəy aşıqları adından Sizə bağışlayıram.

Dövlətimizin başçısına Gədəbəy aşıqları adından saz hədiyyə olundu. 

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm.

Aşıq İsfəndiyar RÜSTƏMOV: Möhtərəm Prezidentimiz. Bu binanı Siz tikdirdiniz. Sizin verdiyiniz hər tapşırıq, Sərəncam qəlbimizdədir. Allah Sizi qorusun!

Bizim Gədəbəy artıq dəyişib. Şəhərə oxşayır. Bulaqlar, sular çəkilir, körpülər tikilir. Qadan alım, bunların hamısı Sizin hünərinizin bəhrəsidir. Sizə minnətdaram.

Prezident İlham Əliyev Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edərək dedi:

- Çox sağ olun. Şadam ki, yenidən görüşürük. Bax, bu məktəbin açılışında bərabər toplaşmışıq. Xatırlayırsınızsa, bu məktəbin təməl daşını biz bərabər qoyduq.

Çox şadam ki, artıq gözəl, göz oxşayan bir məktəb tikilmişdir. Bu məktəbin tikintisi o deməkdir ki, aşıq sənəti yaşayır və yaşayacaqdır.

Əlbəttə ki, məktəbdə oxuyan şagirdlər, uşaqlar, gənclər bu sənəti gərək yaşatsınlar. Sizdən nümunə götürüb bu sənəti yaşatsınlar. Çünki aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır. Azərbaycan aşıq sənətinin vətənidir. Əlbəttə ki, sizin kimi istedadlı aşıqların fəaliyyəti, sizin əməyiniz gələcək nəsillər üçün də örnək olmalıdır. Çünki gənc nəsil vətənpərvərlik ruhunda və milli ruhda tərbiyə almalıdır. Həmişə gənclərlə görüşlər zamanı bunu qeyd edirəm ki, gənclər bilikli, Vətənə bağlı olmalıdırlar, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir. Milli ruh bizim musiqimizdir, muğam sənətidir, ədəbiyyatımızdır, xalçaçılıq sənətidir. Azərbaycanın bu sənəti bizim böyük sərvətimizdir, dünyanın sərvətidir.

Xalçaçılıq sənəti - onun vətəni Azərbaycandır. Aşıq sənətinin vətəni Azərbaycandır. Muğamın vətəni Azərbaycandır. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bu sənəti Siz yaşadırsınız və gənc nəsillərə əmanət edirsiniz. Ona görə, bu məktəbin tikintisi çox böyük məna daşıyır. Təsadüfi deyil, mən ikinci dəfə burada olarkən məsələ qaldırıldı ki, belə məktəbin tikintisinə ehtiyac vardır. Məktəbin təməl daşını bərabər qoyduq. Bu gün isə məktəbin açılışında bərabər iştirak edirik. Yəni, Azərbaycan dövləti gücləndikcə əlbəttə ki, məktəblərin tikintisi, musiqimizin, mədəniyyətimizin inkişafı ilə bağlı daha da ciddi addımlar atılacaqdır. Çünki bu, bizim gələcəyimizdir. Azərbaycan dövləti güclü, müasir dövlətdir. O dövlətdir ki, milli köklər üzərində qurulubdur. Ulu öndər Heydər Əliyevin dünyagörüşü bundan ibarət idi ki, müasir Azərbaycan, dövlətçiliyinin əsasları ancaq milli mənəvi dəyərlər üzərində qurulmalı idi və quruldu da.

Belə olan halda xalqımızın gələcəyi çox parlaq olacaqdır. Çünki bizim dövlətçiliyimizin əsasları milli əsaslardır. Bu gün bizim ideoloji əsaslarımız milli əsaslar, milli dəyərlər üzərində qurulubdur. Bu dəyərlər arasında bizim musiqimiz, ədəbiyyatımız, aşıq sənətimiz xüsusi yer tutur. Aşıq sənəti sadəcə olaraq xalq yaradıcılığı deyildir. Bu, Azərbaycan xalqının ürəyində yaşayan çox böyük dəyərdir. Siz də dəyərli insanlarsınız ki, bu sənəti yaşadırsınız. Ölkəmizin hər bir yerində milli musiqi, ədəbiyyat inkişaf edir. Bizim musiqimiz çox gözəldir və dünya miqyasında tanınır. Ədəbiyyatımız, kitablarımız, tarixi abidələrimiz - bizim dövlətimiz nə qədər zəngindir, xalqımız nə qədər istedadlıdır! Bütün bunlar xalqımızın istedadının məhsuludur. Ona görə, bu gün təkcə Gədəbəy üçün deyil, ölkəmiz üçün əlamətdardır. Çünki gözəl, yaraşıqlı məktəb açılır və bu məktəbdə oxuyacaq uşaqlar, gənclər bu sənəti yaşadacaqlar.

Gədəbəy rayonunda olarkən, bir məsələni vurğulamaq istəyirəm ki, hər yerdə olduğu kimi, burada da inkişaf gedir, quruculuq vardır, abadlıq işləri aparılır. Mən xatırlayıram ki, bu küçə tamamilə başqa görkəmdə idi. İndi binalar bərpa edilir, küçələr salınır. Bu gün buraya gələrkən körpünün açılışında iştirak etmişəm. Kənd yolu çəkilir. Təqdimatda göstərildiyi kimi, heç vaxt yol olmayan yerlərdə 56 kilometr uzunluğunda kənd yolları tikilir. Torpaq yol olmuşdur, insanlar əziyyət çəkirdilər. İndi kənd yolu çəkilir. İçməli su layihəsi icra ediləcəkdir. Biz mütləq Gədəbəy şəhərini təmiz içməli su ilə təmin edəcəyik. Hesab edirəm ki, gələn ilin sonuna qədər bu layihənin əsas hissəsi başa çatmalıdır. Bir müddət bundan əvvəl kəndlərə qazın verilməsi başlamışdır. Onu da qeyd etməliyəm ki, bir qədər ləng gedir. Daha da sürətli getməlidir ki, əksər kəndlər qazlaşdırılsın. Məktəblər, binalar tikilir. Şəmkir-Gədəbəy yolu yaxşı vəziyyətdədir, rahat yoldur. Növbəti illərdə yeni kənd yollarının tikintisi də nəzərdə tutulub. Bu gün mənə bu məsələ təqdim olundu. Göstəriş veriləcəkdir ki, bütün kəndlərə gedən yollar yenidən qurulsun, Gədəbəy rayonu daha da sürətlə inkişaf etsin, burada insanlar daha da rahat, xoşbəxt, rifah, əmin-amanlıq içində yaşasınlar. Necə ki, bu gün bütün Azərbaycan vətəndaşları rifah, sülh, əmin-amanlıq içində yaşayırlar. Bizim inkişafımızın əsas səbəbi məhz budur. Sabitlik, əmin-amanlıq, cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən cəhətdir.

Sizi bir daha alqışlayıram, salamlayıram, aşıqlara öz dərin hörmətimi bildirmək istəyirəm, sizə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Professor Məhərrəm QASIMLI Gədəbəyin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

- Cənab Prezident, Gədəbəyimizə xoş gəlmisiniz. Biz bu gün çox böyük bir mədəni-tarixi hadisənin iştirakçısıyıq. Əlbəttə, belə bir möhtəşəm sarayın qurulması sözün həqiqi mənasında çox əzəmətli bir tarixi hadisədir. Bildiyimiz kimi, ozan-aşıq mədəniyyəti, bayaq siz də çox gözəl dediniz, bizim milli mənəvi varlığımızın əsas göstəricilərindən biridir. Ulu Öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətini milli varlığımızın mötəbər qaynağı olduğunu xüsusi qeyd etmişdir. Bu söz Dədə Qorqud ensiklopediyasında qızıl hərflərlə keçir.

Bu gün o ideya, o düşüncə bu sarayın simasında öz əyaniliyini bir daha tapır. Biz Sizə təşəkkür edirik ki, Sizin dövrünüzdə Azərbaycanın milli sərvətləri qeyri-maddi irs olaraq UNESCO səviyyəsində öz təsdiqini tapdı. Allah Mehriban xanımın canını sağ etsin ki, bu fədakarlığı çox səylə həyata keçirdi və doğrudan da, bu gün Azərbaycanımızda təkcə iqtisadi sahədə deyil, mədəni-mənəvi sahədə də çox böyük quruculuq işləri gedir. Bizim sazımız, sözümüz, muğamımız, xalça sənətimiz, Novruz bayramı ilə bağlı olan proseslər bunun hamısının ifadəsidir. Biz bəlkə də hadisələrin içərisində olduğumuz üçün bunun möhtəşəmliyini o qədər də görə bilmirik, amma kənardan gələnlər, xarici qonaqlarımız Azərbaycanı heyrət içərisində seyr edirlər. Bu, çox böyük uğurdur. Bu, Sizin sayənizdə, Sizin ulu Heydər Əliyev siyasətini, onun strateji hədəflərə yönəlmiş siyasətini gerçəkləşdirməkdə əldə etdiyiniz uğurların nəticəsidir. Biz Sizə çox təşəkkür edirik. İnşallah sazımız-sözümüz hər zaman Sizinlə bir yerdə olacaqdır. Əlbəttə, ustadımızın da dediyi kimi, saz çox müqəddəs alətdir. Qoy sazın ruhu, sazı qoruyan ruh, ulu ozanların ruhu hər zaman sizə yardımçı olsun, onun işığı, xeyiri, bərəkəti Sizinlə bir yerdə olsun. Biz Sizə dərin təşəkkür edirik ki, sazımıza, sözümüzə, aşıq sənətinə belə gözəl, əzəmətli sarayı bəxş etdiniz. İnanırıq ki, siz Bakımızda da aşıqlar üçün belə gözəl bir saray tikdirəcəksiniz. Buna da şübhəmiz yoxdur. Çünki Siz sazın, sözün, mənəviyyatımızın dostusunuz. Biz Sizinlə fəxr edirik. Siz burada qeyd etdiniz ki, aşıq məktəbi gənclər üçündür, gələcəyimiz üçündür. Burada gənclərimiz dayanıblar. Sizin sözünüzə qüvvət olaraq indi onlar ifa edəcəklər. Siz gənclərin dostu olan bir Prezidentsiniz. O mənada gəncləri də dinləməyinizi xahiş edirik.

X X X

Sonra Prezident İlham Əliyev gənc aşıqların ifasını dinlədi.

X X X

Daha sonra xatirə şəkli çəkdirildi. 

X X X

Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Bu musiqi ocağının təməli 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Binanın həyətində Aşıq Ələsgərin heykəli ucaldılmışdır. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına və Gədəbəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.

Bildirildi ki, bu ilin iyununda başa çatdırılan tikinti işləri çərçivəsində ikimərtəbəli binada bütün şərait yaradılmışdır. Musiqi məktəbində inşaat işləri “Lider Monolit” şirkəti tərəfindən həyata keçirilmişdir. Burada kitabxana və qiraət zalı yaradılmış, musiqi xəzinəsini özündə əks etdirən kitab və nəşrlərlə zənginləşdirilmişdir. Sahəsi 194 kvadratmetr olan 121 yerlik akt zalı, həmçinin səhnə zəruri avadanlıqla təchiz olunmuşdur. Burada səsyazma studiyası da qurulmuşdur. Məktəbdə köməkçi otaqlarla yanaşı, qrim otağı, yeməkxana da fəaliyyət göstərir. Sinif otaqlarında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait vardır. Bu musiqi məktəbinin özəlliyini artıran mühüm amillərdən biri də burada aşıq musiqi sənəti ilə bağlı muzeyin yaradılmasıdır. Muzeydə Gədəbəy aşıqları, o cümlədən ölkəmizin tanınmış saz ustadları haqqında məlumatlar toplanmışdır. Bundan əlavə, aşıq sənətinə dair müxtəlif eksponatların nümayiş etdirildiyi muzey zənginliyi ilə diqqəti cəlb edir. Hazırda rayonda 150-dən çox aşıq vardır. Binanın ikinci mərtəbəsində divarda Azərbaycanın tanınmış aşıqlarının fotoları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə aşıq sənətinin inkişafı ilə bağlı sərəncamlarının surətləri asılmışdır.

Dövlətimizin başçısı Aşıq Musiqisi Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak etmişdir VİDEO

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb