SİYASƏT


Prezident İlham Əliyev: İnanıram ki, soydaşlarımızın əlbir fəaliyyəti gücümüzü daha da artıracaq

Bakı, 24 dekabr, AZƏRTAC 

İnanıram ki, bütün soydaşlarımızın əlbir fəaliyyəti, doğma Azərbaycan torpağına sarsılmaz sədaqəti gücümüzü daha da artıracaq, inkişafımıza əngəl törədən yeganə ağrılı problemi – Ermənistanın hərbi təcavüzünü tezliklə aradan qaldırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə imkan yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində əksini tapıb. Dövlətimizin başçısı müraciətində qeyd edir ki, bu ilin aprelində Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş vermiş hadisələr zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin məkrli niyyətlərinin qarşısını qətiyyətlə aldı və torpaqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğunu sübut etdi.

Müraciətdə Azərbaycanın öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoyduğu vurğulanır. Qeyd olunur ki, bu gün qarşıya Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi kimi böyük vəzifələr qoyulub. Prezident İlham Əliyev həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimizı, o cümlədən xaricdə yaşayan soydaşlarımızı sıx birləşməyə, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumağa, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmağa səsləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.