İQTİSADİYYAT


Prezident İlham Əliyev: İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir

Bakı, 12 iyul, AZƏRTAC

İnşaat sektorunun canlanması müşahidə olunur. İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının yekun nitqində bildirib.

Dövlətimizin başçısı bununla şəhərimizin daha da gözəlləşdiyini və abadlaşdığını xüsusilə vurğulayıb.

Qeyd olunub ki, yararsız, qəzalı binalardan vətəndaşlar köçürülərkən, müvəqqəti olaraq onlara kirayə pulu verilir. Tikiləcək yeni binalarda isə vətəndaşlara daha böyük ölçüdə mənzillər veriləcək.

Prezident, həmçinin əlavə edib ki, qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. “Bu, mənim xüsusi göstərişim idi. Beləliklə, ancaq bu yolla Bakı şəhərində 1-2 ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.