Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev İsmayıllıda velosiped istehsalı zavodunun açılışında iştirak edib [YENİLƏNİB] VİDEO

İsmayıllı, 10 avqust, AZƏRTAC

İsmayıllı rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub.

Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur.

Müəssisədə ilkin mərhələdə 60 işçi çalışacaq. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi ilə işçilərin sayının artacağı nəzərdə tutulur.

Zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək.

Müəssisənin ərazisində müasir velotrek meydançası da yaradılıb. Üç hektar sahəsi olan velotrekdə idman yarışlarının keçirilməsi üçün hər cür şərait var.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Dövlətimizin başçısı zavodun istehsal etdiyi velosipedi sınaqdan keçirdi.

Rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Sizi ürəkdən salamlayıram. Bu zavodun açılışı münasibətilə sizi təbrik edirəm. Çox şadam ki, İsmayıllıda belə gözəl müəssisə açılır, istifadəyə verilir. Özüm də bu müəssisənin məhsulunu sınamışam. Görürəm ki, çox yaxşı velosipeddir. Əminəm ki, Azərbaycan vətəndaşları bunu qiymətləndirəcəklər.

Bu istehsal əslində ölkəmizin inkişafını göstərir. Göstərir ki, Azərbaycanda indi müxtəlif istiqamətlər üzrə yeni istehsalat sahələri var və bu istehsalat sahələri ən yüksək səviyyədədir. Bir gün əvvələ qədər velosipedləri xaricdən idxal edirdik. Bu gün isə artıq Azərbaycanda, özü də paytaxt şəhərdə deyil, İsmayıllıda belə gözəl müəssisə açılır. Mənə verilən məlumata görə, bu zavodun istehsal gücü ildə 30 min ədəd velosiped olacaq. Burada artıq onlarla iş yeri yaradılıbdır, müasir texnologiyalar tətbiq olunur. Əlbəttə ki, bu velosipedlər həm daxili bazarda satılacaq, eyni zamanda, hesab edirəm ki, xaricə də ixrac edilə bilər. Çünki keyfiyyət buna şərait yaradır.

Azərbaycanın uğurlu inkişafı bax, belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı bax, bu iki istiqamətdən asılı olacaq. Baxmayaraq ki, indi dünyada maliyyə-iqtisadi böhran davam edir, şadam ki, bu ilin yeddi ayında Azərbaycanda sənaye istehsalı təxminən bir faiz artıb. Bu, o qədər də böyük göstərici deyil, ancaq indiki şəraiti nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir.

Qeyri-neft sənayesi isə iki faizdən çox artıb. Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir. Deyə bilərəm ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq, bu vəziyyətdən ən az itkilərlə çıxır. Ölkəmizdə indi maliyyə sahəsində sabitləşmə təmin edilibdir. Bu il on minlərlə yeni iş yeri yaradılıbdır. Bu proses davam edir. Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var. Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət - kənd təsərrüfatı və sənaye istehsalı üzərində quraq.

Əlbəttə, digər sahələr də böyük əhəmiyyət daşıyır. Gələcəkdə bizə çox valyuta gətirə biləcək sahə nəqliyyatdır. Bizim coğrafi vəziyyətimizi və artıq gördüyümüz işləri nəzərə alsaq, bunu deməyə əsas var. Azərbaycanın iştirakı və bir çox hallarda təşəbbüsü ilə iki transmilli layihə icra edilir. “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın iştirakı ilə baş verir. İki gün bundan əvvəl Bakıda İran, Rusiya, Azərbaycan prezidentlərinin ilk zirvə görüşündə bu məsələ çox ciddi müzakirə edildi. Azərbaycan burada öz təşəbbüsünü ortaya qoyur. Bu dəhlizin yaradılması və fəaliyyəti ölkəmizə 100 milyonlarla dollar gəlir gətirəcək.

Əlbəttə, digər sahələr də böyük əhəmiyyət daşıyır - telekommunikasiya, informasiya texnologiyaları, metallurgiya sahələri, kimya sənayesi. Ancaq bütövlükdə sənaye və kənd təsərrüfatı əsas prioritet kimi qalır və qalacaq.

İsmayıllı rayonunun inkişafı da məni sevindirir. Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam, ümumiyyətlə, prezidentlik dövrümdə bu, mənim beşinci səfərimdir. Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır. Bu gün icra başçısı mənə görüləcək işlər haqqında məlumat verdi, təqdimatlar edildi. Burada həm turizm sektorunun inkişafı, həm də kənd təsərrüfatının, emal sənayesinin inkişafı sürətlə getməlidir. Nəzərə alsaq ki, İsmayıllının çox gözəl təbiəti, tarixi var, rayonda Lahıc, Basqal kimi iki qədim kənd var, əlbəttə ki, burada turizm potensialının maksimum dərəcədə cəlb edilməsi gərək hamımızın işi olsun.

Son vaxtlar Azərbaycana gələn turistlərin sayı böyük dərəcədə artıb. Xüsusilə bu zonaya, şimal-qərb zonasına turistlərin axını müşahidə olunur. Siz də bunu görürsünüz. Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir. Əlbəttə ki, ilk növbədə infrastruktur layihələri icra edilməli idi və onların böyük hissəsi icra edildi. Qəbələdə beynəlxalq aeroport tikildi. İndi beynəlxalq uçuşlar həyata keçirilir. Bu beynəlxalq aeroport bütün zona əhalisi üçün böyük əhəmiyyət daşıyır. Zaqatalada aeroport tikildi. Avtomobil yolları tikilir. İndi Bakı-Şamaxı avtomobil yolu dörd zolağa genişləndirilir. Bu gün mən İsmayıllı-Qaraməryəm yolunun açılışını etmişəm. Bu da rayon üçün çox böyük əhəmiyyət daşıyır, təxminən 30 kilometr uzunluğunda 34 yaşayış məntəqəsini birləşdirir. O yaşayış məntəqələrində İsmayıllı rayonu əhalisinin üçdə bir hissəsi qədər - 30 minə yaxın insan yaşayır.

Yol infrastrukturu, müasir mehmanxanaların tikintisi, əlbəttə ki, turizm üçün əsas şərtdir. İsmayıllıda digər infrastruktur layihələri icra edilib. İçməli su layihəsi artıq neçə ildir ki, başa çatıb. İndi şəhər sakinləri təmiz içməli su ilə təmin olunurlar.

Kanalizasiya və təmizləyici qurğuların da quraşdırılması prosesi başa çatır. Mənə verilən məlumata görə, qazlaşdırma 67 faizdir. Dağlıq relyefi nəzərə alsaq, hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər infrastruktur layihələri də icra edilib.

Sosial obyektlərin və yeni müəssisələrin istifadəyə verilməsi, əlbəttə ki, iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bu gün quşçuluq fabrikinin, böyük heyvandarlıq kompleksinin, bir neçə otel və istirahət mərkəzinin təqdimatı oldu. İsmayıllının çox gözəl təbiəti, iqlimi var. Ona görə, kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq daha da sürətlə inkişaf etməlidir. Bir qarış torpaq boş olmamalıdır. Daxili tələbatı təmin etmək və ixrac potensialını artırmaq üçün məqsədyönlü şəkildə işlər aparılacaq. Bu barədə bütün göstərişlər verildi.

Bu il kənd təsərrüfatı istiqamətində çox önəmli addımlar atılıb. Bizim üçün ənənəvi, ancaq əfsuslar olsun ki, müəyyən dərəcədə tənəzzülə uğramış sahələri bərpa etmişik. İndi mənə deyirlər, bir sıra rayonlarda, o cümlədən İsmayıllı rayonunda ailələr var ki, ay yarım ərzində baramaçılıqdan minlərlə manat pul qazanıb.

Aran zonasında pambıqçılığın inkişafı geniş vüsət alıb. Biz bu il keçən ilə nisbətən pambığın istehsalını üç dəfə artıracağıq, 30 min tondan 100 min tona qaldırılacaq. Gələn il 250-300 min ton olmalıdır. İndi hər bir region üçün xüsusi inkişaf planı hazırlanır. Əlbəttə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında əsas istiqamətlər müəyyən edilib və o proqram bizim üçün əsasdır, bir yol xəritəsidir. Ancaq həyat yerində durmur, dəyişikliklər baş verir. Həm bölgədə, həm dünyada yeni situasiya yaranır. İndi bazarlar uğrunda mübarizə gedir. Məhsulu yetişdirmək hələ məsələnin həlli deyil. Onu daxili bazarda və yaxud da xarici bazarda satmaq lazımdır. Ona görə, fermerlərə kömək göstərmək üçün indi yetişdirilən bu məhsulların tədarükü ilə məşğul olan qurum da yaradılır. Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. İndi biz ixracı stimullaşdırmaq üçün təşviq mexanizmini işə salırıq. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu, çox ciddi bir proqramdır. Yenə də deyirəm, hər bir rayon üzrə rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir və ediləcək.

İsmayıllıda belə gözəl istehsalat sahələri açılır. Hesab edirəm ki, bu, sahibkarlar üçün də yaxşı bir siqnal olacaq. Çünki burada investisiyalar qorunur. Mən sahibkarları dəstəkləyirəm, onlarla görüşürəm. Son 10 il ərzində sahibkarlara 1 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Həmin pulun hesabına 10 minlərlə, 100 minlərlə iş yeri yaradılıb. Ancaq biz gələcəyə baxmalıyıq. Düzdür, çox iş görülüb, ancaq hələ çox iş görülməlidir.

Bu gün İsmayıllıda ikinci su elektrik stansiyasının açılışını etdik. Bu iki stansiyanın istehsal etdiyi enerji İsmayıllı rayonunun tələbatının 45-50 faizini ödəyir. Bu, artıq gözəl bir göstəricidir. Tələbatın yarısı alternativ, özü də ucuz enerji hesabına təmin edilir. Mənə məlumat verildi ki, yeni su elektrik stansiyasının tikintisi də nəzərdə tutula bilər. O daha böyük həcmdədir - 10 meqavat. İndi mən demişəm ki, texniki-iqtisadi əsaslandırma hazırlansın. Əgər bu məsələ həll olunarsa, onda İsmayıllı rayonu elektrik enerjisini başqa rayonlara - Qəbələyə, Şamaxıya ötürəcək. Bu da enerji təhlükəsizliyimizi təmin edəcək.

Biz işləri planlı şəkildə görürük - ilk mərhələdə infrastruktur layihələri, yol, elektrik stansiyaları, ondan sonra sosial infrastruktur, məktəblər, içməli su, ondan sonra iş yerləri, kreditlər, kənd təsərrüfatı. Mən gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxıram. Heç bir böhran, dünyada baş verən heç bir hadisə bizə təsir edə bilməz. Azərbaycan sabitlik diyarıdır, inkişaf məkanıdır. Məhz buna görə bu gün milyonlarla xarici turist Azərbaycana gəlir. Təkcə tarixi abidələri seyr etmək üçün gəlmir, o cümlədən ona görə gəlir ki, burada xidmət, təhlükəsizlik yüksək səviyyədədir, insanlarımız qonaqpərvərdir və əlbəttə ki, gözəl şərait var. Bu şəraiti bax biz yaradırıq, siz burada yaradırsınız. Mən Prezident kimi çalışıram ki, Azərbaycanda bütün istiqamətlər üzrə işlər daha da yaxşı getsin.

Biz, əlbəttə ki, əldə edilmiş uğurlarla fəxr edə bilərik. Ancaq biz daim irəliyə baxmalıyıq. Harada qüsurlar, çatışmazlıqlar varsa, biz onları aradan götürməliyik və inkişafımızı təmin etməliyik.

Mən sizi bir daha salamlayıram. Əminəm, bu gün mənə təqdim olunan layihələr reallaşacaq və reallaşdıqca mən yenə də İsmayıllıya gələcəyəm ki, o obyektlərin açılışında sizinlə bərabər iştirak edim.

Sağ olun.

X X X

Zavodun əməkdaşı İsmət Mirzəfərli: Möhtərəm cənab Prezident, belə böyük zavodu bizə bəxş etdiyinizə görə kollektivimiz adından Sizə minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Sağ ol. Sən burada nə işləyirsən?

İsmət Mirzəfərli: Mexanikəm.

Prezident İlham Əliyev: Buralısan?

İsmət Mirzəfərli: Bəli.

Prezident İlham Əliyev: Bu zavodda işləyənlərin hamısı İsmayıllı rayon sakinləridir? Onlar hansısa kurs, təlim keçiblər?

İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov: Onlar burada müəyyən kurslar keçiblər. İstehsalat prosesini tam öyrənmək üçün isə Sofiyaya gedəcəklər.

Prezident İlham Əliyev: Çox yaxşı. Şəhərdə yaşayırlar?

Mirdaməd Sadıqov: Şəhərdən də var, kənddən də.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva: Möhtərəm cənab Prezident, 2013-cü ildə Siz İsmayıllı tikiş fabrikinin açılışında xeyir-dua vermişdiniz. Bu gün fabrik fəaliyyətini uğurla davam etdirir. Hazırda Sizin göstərişinizlə rayonumuzda daha böyük bir fabrik - İsmayıllı xalça fabriki inşa olunur. Burada 170-ə yaxın işçi çalışacaq. Bütün bunlar Sizin İsmayıllıya diqqətinizin, xüsusi qayğınızın nəticəsidir. Bu diqqətə və qayğıya görə Sizə ismayıllılılar adından ürəkdən təşəkkür edirik. Çox sağ olun, cənab Prezident! Tanrı Sizi bizlər üçün qorusun. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu gün “Azərxalça” İstehsalat Birliyinin yeni binasının layihəsinin təqdimatı da keçirildi. Bildiyiniz kimi, bu yaxınlarda mən “Azərxalça” müəssisəsini yaratdım. Bu, qısa müddət ərzində ölkəmizin müxtəlif yerlərində xüsusilə qadınlar üçün minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Biz xalçaçılığı gərək nəinki qoruyaq, həm də inkişaf etdirək. Çünki indi Azərbaycanda məşğulluq artır, işsizlik aşağı səviyyədədir. Ancaq araşdırsaq, görərik ki, qadınlar arasında işsizlik nisbətən daha çoxdur. Ona görə də qadınları işlə təmin etmək, eyni zamanda, xalçaçılığı yaşatmaq və ixrac potensialımızı artırmaq üçün belə bir qərar qəbul edildi. İndi bir çox rayonda, o cümlədən İsmayıllıda xalçaçılıq üzrə istehsalat sahələri yaradılır. Çünki İsmayıllıda xalçaçılıq sənəti çox inkişaf edib və qədim tarixə malikdir. İsmayıllının özünəməxsus xalçaçılıq üslubu var.

Bu xalçaçılıq müəssisəsi bütün lazımi avadanlıq, dəzgahlar, iplər, boyalarla təmin ediləcək, ilkin mərhələdə 170 iş yeri yaradılacaq. Biz tezliklə bu işlərə start verəcəyik. Xalça ixrac məhsuludur. Üstünlüyü ondan ibarətdir ki, onun istehsalına gedən vəsait yerli valyuta ilə ölçülür, amma ixrac olunarkən ölkəmizə xarici valyuta gələcək. Eyni zamanda, biz bu gözəl sənəti yaşatmalıyıq. Çünki xalça xalqımızın milli sərvətidir. Bakıda möhtəşəm Xalça Muzeyi tikilib. Təkcə ona görə yox ki, biz Bakını daha da gözəlləşdirək, ona görə ki, bu, bizim milli sənətimizdir. Bükülmüş xalça formasında tikilmiş o möhtəşəm bina əslində bunu bir daha göstərir.

Kiçik, orta sahibkarlığın inkişafı üçün ölkəmizdə hər cür şərait var. Əlbəttə ki, sahibkarlar gərək daha da çox işləsinlər. Biz sahibkarları dəstəkləyirik, onlara həm maliyyə vəsaiti ayrılır, həm siyasi dəstək göstərilir. Misal üçün, kiçik ailə təsərrüfatları yaradılmalıdır. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində əsas məhsulu ailə təsərrüfatları istehsal edir. Əlbəttə, böyük aqrokomplekslər də lazımdır. Biz indi aqroparklar yaradırıq. Belə aqroparklardan biri Xaçmaz rayonunda, Yalamada, digəri Şəmkir rayonunda yaradılır. Amma kiçik fermer təsərrüfatları, ailə fermer təsərrüfatları da yaradılmalıdır.

İndi özünüməşğulluq proqramı icra edilməyə başlayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə bu il bu işlərə start verilir. Mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün 6 milyon manat vəsait ayrılıb. Yerli icra hakimiyyəti orqanları da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təkliflər versinlər. Müxtəlif sahələr - heyvandarlıq, bitkiçilik, arıçılıq sahələri üzrə ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur. İsmayıllıda arıçılıq inkişaf edib və böyük perspektivləri var.

Mirdaməd Sadıqov: Bəli, cənab Prezident, İsmayıllıda ənənəvi sənət növlərindən biri də arıçılıq olub.

Prezident İlham Əliyev: İsmayıllı balı da çox keyfiyyətlidir. Biz statistikaya nəzər salsaq görərik ki, fındıq kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən məhsuldur. Ona görə də kütləvi şəkildə fındıq bağları salınmalıdır. İsmayıllıda bu, o qədər də geniş vüsət almayıb, azdır. Burada minlərlə hektar sahədə fındıq əkilməlidir, çünki iqlim də, torpaq da buna imkan verir. Həm fındıq əkənlər bundan xeyli fayda götürəcək, onlara böyük miqdarda pul gələcək, həm də ixrac edəcəklər. İsmayıllıdan Balakənə qədər olan bütün bu zonanın təbii şəraiti buna imkan verir.

Mirdaməd Sadıqov: Cənab Prezident, biz bu il 101 min ton taxıl verdik. Çox böyük göstəricidir.

Prezident İlham Əliyev: Məhsuldarlıq da yüksəkdir.

Mirdaməd Sadıqov: 36 sentnerə qədər artıb.

Prezident İlham Əliyev: Bizdə orta məhsuldarlıq keçən il 30 sentnerə qalxıb, əvvəlki illərdə 23 idi.

Mirdaməd Sadıqov: Özü də bizdə dəmyə şəraitində yetişdirilir.

Prezident İlham Əliyev: Dəmyə şəraitində yetişdirirsiniz. Amma əgər indi daha çox vəsait qoyulsa yeni texnologiyalarla 50 sentner də götürmək olar.

Mirdaməd Sadıqov: Bizim İvanovka kolxozu artıq o yoldadır və çox sağ olun ki, İvanovka kolxozuna böyük dəstək verdiniz. Onların borcları dövlət tərəfindən silindi. İndi kənddə bir nəfər də olsun işsiz adam yoxdur.

Rayon icra hakimiyyətinin İvanovka inzibati ərazi vahidi üzrə nümayəndəsi Olqa Jabina: Cənab Prezident, Sizi yenidən İsmayıllıda görməyimizə çox şadıq. Çox təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun. Görürəm ki, siz İvanovkadansınız. Bütün ivanovkalılara mənim salamımı və xoş arzularımı çatdırın. Mən istəyirəm ki, sizdə hər şey yaxşı olsun. Həmişə necə yaşamışınız elə də yaşayasınız. Sizdə kolxozun bu günə qədər qalması, inkişafı onu göstərir ki, vacib deyil hansı forma olsun, - kolxoz, sovxoz, ya ferma, - əsas odur ki, insanlar çalışsınlar və onların işləmələri üçün şərait yaradılsın. Biz belə şəraiti yaratmağa çalışırıq.

Olqa Jabina: Çox sağ olun, biz Sizinlə fəxr edirik.

Rayon sakini Zaur Muradov: Möhtərəm cənab Prezident, bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinə görə Sizə minnətdarıq. İki gün bundan əvvəl keçirilən tədbirlər də bizim dövlətimizin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Biz Sizinlə qürur duyuruq.

Prezident İlham Əliyev: Sağ olun. Sizə uğurlar arzulayıram. Biz yenidən görüşəcəyik.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

VİDEO

Prezident İlham Əliyev İsmayıllıda velosiped istehsalı zavodunun açılışında iştirak edib [YENİLƏNİB] VİDEO

Yunis Hüseynov: İdman prinsiplərinin qorunması vacib məqamdır

AZPROMO: Qarabağ İtaliya şirkətləri üçün istehsalatın yaradılması baxımından əlverişlidir

Azərbaycan parlament nümayəndə heyəti Sinqapurda səfərdədir

Meksika prezidenti: ABŞ-a miqrant axını 50 faiz azalıb

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

Göydəniz Qəhrəmanov yenidən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri seçilib

ADA Universiteti Amerika Universitetinin Vaşinqton hüquq fakültəsi ilə birgə yeni proqram təqdim edir

“Azərbaycan və İtaliya – daha yaxşı qida istehsalı naminə” mövzusunda tədbir keçirilir

Milli Məclisin deputatları Şimali Kiprdə “İtirilmiş avtobus” abidəsinin açılışında iştirak ediblər

Kanadanın qərbində meşə yanğınları yayılmaqda davam edir

Azərbaycan Milli QHT Forumunun qurultayı keçirilir

Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib YENİLƏNƏCƏK

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Birinci sinfə qəbulda prioritetlər üzrə iki mindən çox sorğu emal edilib

Paytaxtın Türkan qəsəbəsində marketə saxta əsginas verən iki qadın saxlanılıb

Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərində yeni mərhələ - ŞƏRH

Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib   YENİLƏNİB

Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdür

Qadın həndbolçular arasında Azərbaycan çempionatına yekun vurulub

BANM tələbəsi ABŞ Universitetindən 100 min dollarlıq təqaüd qazanıb

İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı təsdiqlənib

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

Təhsil tələbə kreditlərinin verilməsi Qaydasında dəyişiklik edilib

CAR-da meymunçiçəyi xəstəliyi aşkarlanıb

Məkkədə Həcc ziyarəti ilə bağlı zəvvarları aldadan qrupun üzvləri həbs edilib

Azərbaycan bu il hasil etdiyi qazın 51 faizini ixrac edib

Araz çayı üzərində monitorinqlər aparılır

DİN: Ötən gün 15 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

FHN: Tovuzda sahibkara məxsus maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Avropa Parlamentinin üzvü məcburi köçkünlər üçün yaradılan şəraitlə tanış olub

Allahverən İsmayılov: XRİTDX daha dayanıqlı rəqəmsal infrastruktur qurmaq üçün “Huawei” və digər tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin və “2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli.Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan millisinin Qazaxıstanla oyununun başlama saatı dəyişdirilib

Hindistanda reklam lövhəsinin aşması nəticəsində 14 nəfər ölüb

Növbəti GRE imtahanı keçiriləcək

Faktiki hava açıqlanıb: Azərbaycan ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan nefti ucuzlaşıb

Ebeko vulkanı 3,5 kilometr yüksəkliyə kül püskürüb

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb

Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır

Çin səhrasında dəvələr üçün işıqforlar quraşdırılıb

Yevlaxda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs olunub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

İspaniya Ukraynaya əlavə “Leopard 2” tankları göndərəcək

Antoni Blinken Kiyevdə Vladimir Zelenski, Denis Şmıqal və Dmitri Kuleba ilə görüşəcək

Avropa İttifaqı Ukrayna mallarına rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

İspaniyada siçovul hepatitinə onlarla yoluxma halı qeydə alınıb

Blinken Vaşinqtonun Ukraynaya yardımını müzakirə etmək üçün Kiyevə gəlib

Efiopiyalı qadın 16 il heç nə yemədiyini və içmədiyini iddia edir

Keçmiş məcburi köçkün: Biz artıq şuşalıyıq

Tayvan “SpaceX”-in köməyi ilə ilk rabitə peykini buraxacaq

Şuşa sakini: Mənə sanki yeni bir həyat bəxş olunub

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

Pakistan İraqa “JF-17” qırıcıları və təlim təyyarələri tədarük edəcək

İsveç bankları dələduzluqla mübarizəni gücləndirəcəklər

Filippində baş verən qarşıdurmada 2 əsgər ölüb, 4-ü yaralanıb

Estoniyada bahalı xarici raketləri əvəz etmək üçün pilotsuz uçuş aparatlarının istehsalına başlamaq təklif olunur

Ukraynanın Sumı vilayətinin şəhərlərində əhali təxliyə olunur

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində milli musiqi axşamı təşkil olunub

Rişi Sunak: Dünya Kubadakı raket böhranından bəri nüvə müharibəsinə daha yaxındır

Avropa İttifaqı “Booking” şirkətini xüsusi nəzarət altında olan şirkətlərin siyahısına daxil edib

Braziliya Prezidenti güclü daşqın səbəbindən Çiliyə səfərini təxirə salıb

Dövlət Departamenti: Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyirik

"Eurovision 2024"ün iştirakçısı İsveçdə mühakimə oluna bilər

Cənubi Koreya və Kuba diplomatik nümayəndəliyin açılması ilə bağlı danışıqlara başlayıb

Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq

Zelenski: Ukraynalı hərbçilər Xarkov vilayətində nəticə əldə edib

Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

Monteneqroda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə şahmat turniri keçirilib

Avropa İttifaqının bəzi ölkələri Gürcüstanın daxili işlərinə müdaxilə etmək istəyirlər

Dövlət Departamenti: Regionda sülh prosesini dəstəkləməyə davam edəcəyik VİDEO

Əziz Yıldırım yenidən "Fənərbağça"nın prezidenti ola bilər

“Xarıbülbül” festivalı Laçında konsert proqramı ilə başa çatıb

"Gəncə" rusiyalı voleybolçu ilə bağlı qərarını verib

Aİ Ukrayna ilə vizasız ticarət rejimini daha bir il müddətinə uzadıb

Ölkə ərazisində hazırkı hava şəraiti: leysan və qar yağır, külək güclənib

Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

ADNSU ilə Çinin Sian Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Mayın 20-dən 26-dək II Bakı Müasir Musiqi Günləri keçiriləcək

Bişkekdəki Heydər Əliyev adına məktəbdə Azərbaycanın Ümummilli Liderinin xatirəsi yad edilib

Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb

Xaçmazda minik avtomobilləri toqquşub, yaralılar var VİDEO

Bakıda “İslam dünyasının mədəni irsinin qorunub saxlanması” adlı konfrans keçiriləcək

Türkiyə, Azərbaycan və ŞKTC arasında parlamentlərarası əlaqələrin dərinləşdirilməsi yolları müzakirə olunub VİDEO

Güzdək Bozdağı palçıq vulkanı 15 ildən sonra yenidən püskürüb VİDEO

Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Qara Qarayevin məzarını ziyarət ediblər

İstanbulda Dünya İslam Alimlərinin Məşvərət Toplantısı işə başlayıb

Qurban Qurbanov: Futbolumuzun inkişafı üçün müəyyən planlarımız var VİDEO

Türkiyə Prezidenti ilə Yunanıstanın Baş naziri mətbuata birgə açıqlama veriblər