Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Masallıda “ASAN həyat” kompleksinin açılışını edib [YENİLƏNİB] VİDEO

Masallı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, şəhərin Heydər Əliyev prospektində yerləşən, möhtəşəmliyi ilə seçilən Masallı regional “ASAN həyat” şəhərciyinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Bu kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarətdir. Kompleksin 4480 kvadratmetr ərazisində “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 10 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri təşkil edilib. Bu mərkəz Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə, ümumilikdə 839.450-dən çox vətəndaşa xidmət göstərəcək. Burada 170 nəfər işlə təmin olunub, 80 nəfər könüllü işə cəlb edilib.

Prezident İlham Əliyevə “ASAN həyat” konsepsiyası barədə də məlumat verildi. Bildirildi ki, bu konsepsiya Masallı “ASAN xidmət” Mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Kompleksin ərazisində 2 kinoklub, Heydər Əliyev İncəsənət Məktəbi, kafe, bank, “ABAD mərkəzi”, “ASAN Brend” dükanı və “ASAN İntellektual” inkişaf mərkəzi də fəaliyyət göstərəcək.

Heydər Əliyev İncəsənət Məktəbində müxtəlif sərgi, tədbir, təqdimat və təlimlərin keçirilməsi nəzərdə tutulub. Məqsəd müasir Azərbaycan incəsənəti və onun geniş ictimaiyyət arasında təbliği üçün şərait yaratmaqdır.

“ASAN İntellektual” inkişaf mərkəzi cənub bölgəsində bütün növ intellektual oyunların inkişafına kömək etmək, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirmələrində, intellektual inkişaf, savad və dünyagörüşlərini artırmaqda onlara kömək etmək məqsədi daşıyır. Mərkəz gənclərin gələcəkdə karyera qurmaları üçün lazım olan bilik və bacarıqları aşılayacaq.

“ASAN Brend” dükanında xüsusi dizaynda “ASAN xidmət” brendli geyimlər, aksessuarlar, suvenirlər və digər məhsulların satışının təşkili həyata keçiriləcək.

Dövlətimizin başçısına “İntellektual Monitorinq Sistemi” barədə də məlumat verildi. Bildirildi ki, bu sistem vətəndaş müraciətləri barədə məlumatların mərkəzləşdirilmiş formada toplanması və analizinə xidmət edir. Bura “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətinin təşkilində istifadə edilən “Elektron növbə”, “ASAN Ödəniş”, “ASAN Müraciət”, Çağrı Mərkəzi və digər sistemlər üzərindən daxil olan müraciətlər aiddir. Sistemin “Hesabatlılıq” modulu vasitəsilə müxtəlif statistik məlumatlara real vaxt rejimində çıxış təmin edilir ki, bu da qərarların qəbul olunmasında operativliyə və dəqiqliyə xidmət göstərir. “İntellektual Monitorinq Sistemi”nin vətəndaşlar üçün açıq olan “Statistik məlumatlar” portalı vasitəsilə müxtəlif təhlillərin və akademik araşdırmaların aparılması daha da asanlaşacaq. Belə ki, portalda regionlar üzrə əhatə dairəsi, müraciət edənlərin say, cins və yaşa görə tərkibi və digər məlumatlar vətəndaşlara real vaxt rejimində təqdim edilir.

“Made in Azerbaijan” portalında ölkədə istehsal olunan bütün məhsullar, satış və investisiya imkanları haqqında məlumatlar cəmlənib. Portal müxtəlif dillərdə olmaqla ölkənin ixrac potensialı haqqında istənilən informasiyanı özündə əks etdirəcək.

Vətəndaşların “Kredit Reytinq Sistemi” əhalinin iş yeri, gəliri, öhdəlik və borcları əsasında onların məsuliyyət və ödəmə qabiliyyətini ölçən alətdir. Bu sistemin əsasən bank, bank olmayan kredit təşkilatları, daxili kredit və ya ipoteka verən təşkilatlar tərəfindən istifadəsi nəzərdə tutulub.

“We Care” – “Sağlamlığa nəzarət monitorinq sistemi” mobil cihazlar vasitəsilə fərdlərə öz sağlamlıqlarına mütəmadi nəzarət etmək imkanı verir. Huşunu itirən şəxsin yerini GPS vasitəsilə təyin etmək, saat vasitəsilə ürək döyüntülərini və qan təzyiqini ölçmək mümkün olacaq. Toplanılan məlumatlar aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə, fərdlərin yaxınlarına, Təcili Tibbi Yardıma və digər arzuolunan yerlərə və şəxslərə göndəriləcək. Bu məlumatlar GSM və Azərbaycanın orbitdəki peyki vasitəsilə toplanılır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, yeni layihə olan “ABAD” - Ailə Biznesinə ASAN Dəstək layihəsi ailə bizneslərinin formalaşdırılması, bu təsərrüfatlar vasitəsilə məhsulların istehsalı, xidmətlərin göstərilməsi və brendləşdirilməsi, istehsalçıya və tələbata uyğun keyfiyyətli məhsulların istehsal və istehlakının təşviq edilməsi, innovativ üsullar tətbiq olunmaqla müxtəlif təsərrüfat sahələri üzrə fəaliyyətin istiqamətləndirilməsini həyata keçirən mərkəzdir. “ABAD” Mərkəzinin əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, ailə bizneslərində müasir texnologiyaların tətbiqini təmin etmək, ailə brendlərinin formalaşmasına dəstək olmaqdır. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq. Təsadüfi deyil ki, bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir. Bu ailələr müasir istehsal avadanlıqlara malik konteynerlərlə təmin olunur.

Onu da qeyd edək ki, Masallı regional “ASAN xidmət” Mərkəzinin yerləşdiyi ərazidə park salınıb. Burada fəvvarə quraşdırılıb, əhalinin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb. Bundan əlavə, 80 avtomobil üçün avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı, kompleksin kənarından keçən çaydakı kiçik adada helikopter meydançası qurulub. Masallı “ASAN həyat” kompleksində “Azər Türk Bank” ASC əhaliyə bank xidmətləri göstərəcək.

“ASAN həyat” kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev mərkəzin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Sabahınız xeyir olsun.

Bu gün Masallıda çox əlamətdar bir gündür. Masallıda “ASAN həyat” mərkəzi fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl hadisədir. “ASAN xidmət” Azərbaycanda 4 ilə yaxındır ki, fəaliyyət göstərir və bu qısa müddət ərzində insanların rəğbətini qazana bilmişdir.

“ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır. Biz fəxr edirik ki, dünya miqyasında analoqu olmayan intellektual məhsul artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim olunur. Artıq bəzi ölkələr bizim təcrübəmizi öyrənməyə çalışırlar, müxtəlif formatda əməkdaşlıq aparılır. Bu, onu göstərir ki, doğrudan da bizim təşəbbüsümüz çox böyük və geniş nəticə hasil edib və bunun çox gözəl ictimai rezonansı da var. İnsanlar da bu xidməti çox bəyənirlər. Bəyənmə əmsalı 98 faizdir. Bu illər ərzində 3 milyon 500 min insan mərkəzlərə müraciət etmişdir. Müraciətlərin ümumi sayı isə 11 milyon 300 mindir. Artıq 11-ci mərkəz fəaliyyətə başlayır.

Bu gün burada göstərilən təqdimatlarda növbəti mərkəzlərin inşası nəzərdə tutulur, gələn il biz digər bölgələrdə 4 mərkəzin tikintisinə start verəcəyik. Beləliklə, bizim məqsədimiz təmin edilir. Məqsədimiz də ondan ibarətdir ki, bütün bölgələrdə, hər bir yerdə insanlar ictimai xidmətlər sahəsində müasir xidmətlə təmin olunsunlar.

“ASAN xidmət” yenilikdir, şəffaflıqdır, mədəniyyətdir. Əslində cəmiyyətdə “ASAN xidmət”in mövcudluğu yeni bir davranış qaydalarını ortaya qoyur. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə hansısa bir arayışı, sənədi almaq üçün insanlar bəlkə də həftələrlə əziyyət çəkirdilər. İndi isə rahat, mədəni, şəffaf şəkildə, heç bir qanunsuz tələb irəli sürülmədən vətəndaşlar gəlirlər, burada onlara gözəl xidmət göstərilir və onlar bu xidmətdən məmnun qalırlar.

Bildiyiniz kimi, 10 səyyar avtobus fəaliyyət göstərir. Biz çalışırıq ki, ölkə əhalisinin bütün təbəqələrinə xidmət göstərək. Bu mərkəz isə 6 rayona xidmət göstərəcək – Masallı, Lənkəran, Cəlilabad, Lerik, Astara, Yardımlı rayonlarına. Bu rayonlarda 800 mindən çox insan yaşayır. “ASAN xidmət”in fəaliyyəti çox böyük qiymətə layiqdir. Bunu Azərbaycan vətəndaşları görürlər, bilirlər. Mən fəxr edirəm ki, biz müstəqil dövlət olaraq dünyaya intellektual məhsul da təqdim edə bilmişik.

Bu mərkəz isə əvvəlki mərkəzlərdən fərqlənir. Çünki “ASAN xidmət” öz funksiyalarını genişləndirir. Ümumiyyətlə, bu mərkəzlərdə 200-dən çox xidmət növü göstərilir. Ancaq Masallı “ASAN həyat” mərkəzində eyni zamanda kənd təsərrüfatı, bank sektoru, sənaye sektoru, regionların inkişafı istiqamətləri də cəmləşib. Burada mənə təqdim edilən innovativ təşəbbüslər əminəm ki, kənd təsərrüfatı, ailə təsərrüfatı sahələrinə də çox böyük təkan verəcək. Çünki indi bizim əsas məqsədimiz ondan ibarətdir ki, hər bir vətəndaş layiqli işlə təmin olunsun, yaxşı gəlir əldə etsin, sahibkarlıq inkişaf etsin. Bunu etmək üçün biz bir çox layihələri icra edirik. O cümlədən son vaxtlar özünüməşğulluq sahəsində də önəmli addımlar atılıb ki, iş tapa bilməyən insanlar dövlət dəstəyi ilə işə cəlb olunsunlar, sahibkar olsunlar. Burada mənə göstərilən kiçik emal müəssisələri, əgər belə demək mümkündürsə, müxtəlif kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması istiqamətində bir yenilikdir. İlk dəfə bu, Azərbaycanda tətbiq ediləcək. Mənə göstərilən dörd konteynerdən birində pendir, birində ət məhsulları, birində tərəvəz, digərində isə meyvə çeşidləri emal olunacaq. Yəni, bu, əlavə imkan yaradacaq ki, bizim vətəndaşlarımız yaxşı yaşasınlar. Bizim əsas məqsədimiz bundan ibarətdir. Burada intellektual oyunların, əyləncə tədbirlərinin keçirilməsi üçün imkanlar var. Gözəl bir ada, gözəl bir park yaradılıbdır. Mən əminəm ki, Masallı sakinləri və digər rayonlardan gələn qonaqlar bu gözəl imkanlardan istifadə edəcəklər.

“ASAN xidmət” mərkəzlərinin, xüsusilə Masallıdakı mərkəzin yaradılması ölkəmizin həm gücünü, həm siyasətini göstərir. Ancaq güclü dövlət belə işləri görməyə qadirdir. Ancaq öz xalqına diqqət göstərən hökumət bu işləri görür. “ASAN xidmət” mərkəzlərinin yaradılması üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Artıq 11 mərkəz yaradılıbdır. Bu mərkəzlər memarlıq əsərləridir. Biz bunu nə üçün edirik? Ona görə ki, insanlar rahat yaşasınlar, heç kim onların haqqını əllərindən almasın, heç kim onlara qarşı əsassız tələblər irəli sürməsin və onlar rahat yaşasınlar, daha da çox fəxr etsinlər ki, Azərbaycan vətəndaşlarıdır.

Bu, mənim Masallıya doqquzuncu səfərimdir. Mən demək olar ki, hər il Masallıda oluram. Masallının inkişafı üçün önəmli addımlar atılmışdır. Rayonda infrastruktur, sosial infrastruktur, sənaye, kənd təsərrüfatı layihələri icra edilir. Bu gün Masallıda içməli su layihəsinin açılışını qeyd edəcəyik. Yadımdadır, dörd il bundan əvvəl layihənin təməlqoyma mərasimində iştirak etmişəm və şadam ki, artıq bu layihə hazırdır. Bu, Masallı şəhərinin və bəzi kəndlərin sakinlərini təmiz içməli su ilə təmin edəcək. Bu, doğrudan da böyük tarixi layihədir. Çünki siz bunu yaxşı bilirsiniz, su Masallı üçün həmişə çox ciddi problem olmuşdur. Eyni zamanda, Masallıda qazlaşdırma layihələri uğurla gedir. Yadımdadır, mənim ilk səfərlərimdə vətəndaşlar daha çox bu məsələni qaldırırdılar, şikayət edirdilər ki, qazımız yoxdur, xahiş edirik, bizə qaz xətləri çəkin. İndi isə qazlaşdırma Masallıda təxminən 80 faizə çatıbdır və görüləcək əlavə tədbirlər nəticəsində biz bunu 90 faizə qaldıracağıq. Yəni, bu problem də aradan götürülür.

Bakı-Astara-İran sərhədi magistral yolunun tikintisi gedir. Onun Lənkəran-Masallı hissəsi demək olar ki, hazırdır. Bununla bərabər, Masallı rayonunda bir neçə kənd layihəsi icra edilib və onlarla kəndi birləşdirən yollar tikilib, istifadəyə verilib, bu proses davam etdiriləcək. Bütün kəndlərə gedən yollar abad olmalıdır. Bu istiqamətdə işlər aparılır. Bu zonada Olimpiya Mərkəzi yerləşir. Yadımdadır, 2007-ci ildə bu mərkəzin açılışını qeyd etmişik. Masallıdakı Mərkəz ilk tikilən Olimpiya mərkəzlərindən biridir.

Mən həmişə çalışırdım ki, Masallı rayonunun inkişafına böyük diqqət göstərilsin. İndi sosial infrastruktur layihələri icra edilir. Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri başa çatmaq üzrədir. Bu, 240 çarpayılıq xəstəxanadır.

Kənd təsərrüfatı istiqamətində addımlar atılır. Mənə məlumat verilib ki, Masallıda çayçılıq bərpa ediləcək və bu il 1000 hektara yaxın sahədə çay plantasiyaları salınacaq. Bu da insanların gəlirlərini artıracaq. Tütünçülük Masallıda inkişaf edəcək. Yəni, kənd təsərrüfatına göstərdiyimiz diqqət, texnika ilə təminat, gübrə, subsidiyalar, əlbəttə ki, insanların xeyrinədir.

Həmçinin Masallıda Azərbaycanda sayca ikinci olan sənaye zonası yaradılır. Mən bu zonaların yaradılması ilə bağlı artıq bir müddət əvvəl göstəriş vermişəm. Birinci zona Neftçalada yaradılır. Demək olar ki, hazırdır. İkinci sənaye zonası Masallıda. Bu, nə deməkdir? Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Masallıda əhali artır. Burada 220 min əhali yaşayır. Əlbəttə ki, bizim iqtisadi inkişafımız əhalinin artımına uyğun olmalıdır. Bizim regionumuzda bəzi ölkələr var ki, orada əhali azalır. Əlbəttə, bunun müxtəlif səbəbləri var. Ancaq Azərbaycanda xoşbəxtlikdən əhali artır və bunun səbəbi bizim uğurlu iqtisadi inkişafımızdır.

Əhalinin demoqrafik dinamikasına nəzər salsaq görərik ki, ölkəmiz üçün ağır olan illərdə demoqrafik tənəzzül müşahidə olunurdu, yəni, artım azalırdı. Ancaq son illərdə əhali sürətlə artır və bu, bizə diktə edir ki, daha da fəal işləyək və iş yerlərinin açılması daimi proses olsun. Təkcə bu mərkəzdə 250 yeni iş yeri açılır. “ASAN xidmət” işçilərinin mütləq əksəriyyəti gənc oğlanlar və qızlardır. Buna da çox sevinirəm. Çünki gənclər, xüsusilə qadınlar işlə daha çox təmin edilməlidir. Onların hamısı yerli sakinlərdir. Mən çox şadam ki, biz Masallıda bu işləri görmüşük və qısa müddət ərzində bu Mərkəzin yaradılmasına nail ola bilmişik.

Sizə uğurlar arzulayıram, vətəndaşlara yaxşı xidmət göstərin. Əlbəttə ki, könüllülərimiz də bu işlərdə sizə yardımçı olacaqlar. Bir daha sizi təbrik edirəm.

X X X

Mərkəzin əməkdaşı Aynur MƏMMƏDOVA çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, Masallıya xoş gəlmisiniz.

Sizin müəllifi olduğunuz “ASAN xidmət”in vətəndaşlarımızın istifadəsinə verilməsi bu regionda yaşayan bütün əhalini sevindirir. Biz artıq vətəndaşlara “ASAN xidmət” sayəsində yüksək keyfiyyətli xidmət göstərəcəyik. Azərbaycan brendi olan “ASAN xidmət” qısa müddət ərzində nəinki ölkəmizdə, respublikamızdan kənarda da rəğbət qazanmaqdadır.

Cənab Prezident, “ASAN xidmət”in Masallıda açılacağını eşidib iş üçün müraciət etdim. Müraciətimə çox qısa zamanda cavab verdilər. Müsahibələrdən keçdim, təlimlərdə oldum və nəhayət mən də “ASAN” ailəsinin üzvünə çevrilmişəm. Bizlərə bu şansı verdiyiniz üçün “ASAN” ailəsi adından Sizə təşəkkürümü bildirirəm.

Cənab Prezident, ümumiyyətlə, gördüyünüz bütün işlər göz qabağındadır. Olimpiya Oyunlarında əldə olunan uğurlar bunun bariz nümunəsidir. Biz masallılılar Sizə təşəkkür edirik. Xalqımız üçün gördüyünüz işlərdə Sizə sədaqətlə xidmət göstərəcəyimizə söz veririk.

Prezident İlham ƏLİYEV: Çox sağ ol.

X X X

Mərkəzin əməkdaşı İlahə İBRAHİMBƏYLİ çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, Masallıya xoş gəlmisiniz.

Cənab Prezident, Sizin diqqət və qayğınızı əhalinin hər bir təbəqəsinin üzvü - uşaqlar, gənclər, yaşlılar və xüsusən də biz, fiziki hərəkətləri məhdud olan insanlar daim hiss edirlər. Yaşadığım bədbəxt hadisədən sonra özümə qapanaraq küskün, cəmiyyətdən məhrum bir insan kimi həyata ümidsiz baxırdım. Heç təsəvvürümə də gətirə bilməzdim ki, dövlət orqanında işə qəbul olunaram. Sizin diqqət və qayğınız nəticəsində daha ümidli, dünyaya yenidən göz açmış bir insan kimi həyatıma davam edirəm.

Cənab Prezident, Sizinlə bərabər Mehriban xanımın diqqət və qayğısını görmüşəm. Mehriban xanım müraciətlərimə dərhal cavab vermiş və məni xarici ölkəyə müalicəyə göndərmişdir.

Cənab Prezident, mənim qardaşım da aprel döyüşlərində iştirak etmiş, fəxri fərmanlarla təltif olunmuşdur. Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, qardaşım da mənimlə birgə Masallı “ASAN xidmət” mərkəzində çalışacaq.

Cənab Prezident, mənə və ailəmə göstərdiyiniz diqqətə və qayğıya görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Şəxsən mənim kimi fiziki hərəkətləri məhdud olan insanlara qayğı və diqqət göstərdiyinizə görə çox sağ olun. Bu gün mən özüm də bir ana kimi iki əsgər övladı böyüdürəm. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

X X X

Rayon ağsaqqalı Mirqiyas TƏHMƏZOV çıxış edərək dedi:

-Cənab Prezident, Sizə “Xoş gəlmisiniz” deyirəm. Sizin qədəmləriniz mübarəkdir ki, keçən dəfə də gələndə özünüzlə xeyir-bərəkət, yağış gətirdiniz. Bu dəfə də gələndə, - bu xeyir-bərəkəti biz çoxdan arzulayırdıq, - Allah bunu bizə qismət elədi. Bizim Masallıya su kəməri çəkdirdiyinizə görə mən öz adımdan və rayonun 220 min əhalisinin adından, dindarlar adından Sizə təşəkkür edirəm. Viləş çayı üzərində su anbarının təməlini ulu öndərimiz Heydər Əliyev qoyub. Bu anbardan bizə su kəməri çəkdirdiyinizə görə bütün Masallı əhalisi adından Sizə “Çox sağ olun” deyirəm. Allah Sizə, ailənizə hər zaman uğur qismət eləsin. Allah-Təala sözünüzü hər yerdə ötərli eləsin! Cəddimiz Peyğəmbər xatirinə, imamlar xatirinə Allah Sizə yar olsun! Sizin həyata keçirdiyiniz siyasət hər yerdə qabaqcıl olsun! Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Masallıda “ASAN həyat” kompleksinin açılışını edib [YENİLƏNİB] VİDEO

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib