RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak edib VİDEO
Münxen, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.
Dövlətimizin başçısı panel-müzakirədə çıxış etdi, daha sonra sualları cavablandırdı.