RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədrini qəbul etmişdir VİDEO
Bakı, 5 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingeri qəbul etmişdir.
Görüşdə Münxen Təhlükəsizlik Konfransının beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmi vurğulandı, ölkəmizin bu təşkilat ilə uğurla əməkdaşlıq etdiyi bildirildi, beynəlxalq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı.