RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Qusarda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib VİDEO

A+ A

Qusar, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfərini başa çatdıraraq Qusara gəlib.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bu məkan rayon sakinlərinin və Qusara gələn qonaqların ən sevimli istirahət yerlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır