REGİONLAR


Prezident İlham Əliyev Qusarda yol tikintisinə 1,8 milyon manat ayırıb

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də “Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil

yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.