SİYASƏT


Prezident İlham Əliyev: Rio Olimpiya Oyunlarında idmançılarımızın tarixi qələbəsi xalqımızın və dövlətimizin gücünü göstərir

Bakı, 1 yanvar, AZƏRTAC

2016-cı ildə bizim böyük idman qələbəmiz də olub. Rio Olimpiya Oyunlarında idmançılarımız tarixi qələbə qazanıblar. Azərbaycan 18 medal qazanaraq bir daha sübut etdi ki, ölkəmiz idman dövlətidir və idmançılarımız güclülər sırasındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa təbrikində səsləndirib. İdmançılarımızın “Rio-2016”-da əldə etdiyi parlaq qələbələrdən danışan dövlətimizin başçısı deyib: “Medalların sayına görə Azərbaycan dünya miqyasında 200 ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Azərbaycan Avropa ölkələri arasında yeddinci, postsovet məkanı ərazisində ikinci, müsəlman aləmində isə birinci yerdədir. Bu, bizim böyük idman qələbəmizdir və eyni zamanda, bu qələbə xalqımızın, dövlətimizin gücünü göstərir”.

Prezident İlham Əliyev vurğulayıb ki, müstəqilliyimizin 25 illiyini qeyd etdiyimiz bayram ilində hərbçilərimiz, idmançılarımız bizə qələbə sevinci bəxş ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.