Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Saatlı Olimpiya İdman Kompleksinin açılışını etmişdir VİDEO

Bakı, 29 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir. 

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Saatlı Olimpiya İdman Kompleksinin inşasına 2011-ci ilin dekabrında başlanılmışdır. Kompleksin tikintisi məqsədi ilə “Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat, ötən il işlərin davam etdirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı ilə 2 milyon, 2013-cü ildə isə investisiya proqramına uyğun olaraq daha 5 milyon manat ayrılmışdır. Burada bir çox yarışların, təlim-məşq toplanışlarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.

Dövlətimizin başçısı kompleksin üzgüçülük zalı ilə tanış oldu.

Bildirildi ki, burada Türkiyə istehsalı olan hovuz sistemi və “Gonka Klima” markalı xüsusi nəmalma qurğusu quraşdırılmışdır. İki yüz yerlik zalda iki soyunub-geyinmə, duş otaqları vardır. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmişdir. Hər kottec dörd nömrədən ibarətdir.

Olimpiya İdman Kompleksinin ümumi zalının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlıya səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.

Qeyd olundu ki, kompleksin tikintisi üçün 6 hektar torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri “Sosial İnkişaf Layihə” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən hazırlanmışdır. Layihəyə əsasən ümumi sahəsi 3340 kvadratmetr olan universal idman zalında 432 oturacaq vardır. Eyni zamanda, 400 tamaşaçı yarışları lojalardan izləyə biləcəkdir. Burada idmançılar üçün iki soyunub-geyinmə, məşqçi və digər yardımçı otaqlar vardır. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi, istirahət otağı yerləşir. İkinci mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi otaqları, konfrans zalı və güləş zalı vardır. Bu ilin sonunadək 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançasının tikintisi yekunlaşacaqdır.

Olimpiya İdman Kompleksinin açılışından sonra Prezident İlham Əliyev Saatlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini və idmançıları Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Sizi ürəkdən salamlayıram. Saatlıda Olimpiya Mərkəzi açılır, gözəl hadisədir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Gözəl mərkəzdir və idmanla məşğul olmaq üçün bütün şərait vardır. Əminəm ki, gənclər bu mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər, uşaqlar gələcəklər. Burada əlbəttə ki, idman bölmələri təşkil edilməlidir və rayon sakinləri də gəlməlidirlər, burada idmanla məşğul olmaq üçün bütün imkanlar vardır.

İdman sağlamlıq, sağlam həyat tərzi deməkdir. Biz Azərbaycanda idmanın kütləviliyini də təmin edə bilmişik. Çünki uşaqlar, gənclər kütləvi şəkildə idman bölmələrinə gedirlər, məşğul olurlar və sonra da ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Bizim idmançılar böyük uğurlara imza atmışlar. Olimpiya Oyunlarında böyük nailiyyətlər qazanmışıq. Bu yaxınlarda keçirilən Universiadada Azərbaycan komanda hesabında 16-cı yerə layiq görülmüşdür. Bu, onu göstərir ki, gənc idmançılar, peşəkar idmançılar daim bizi sevindirir və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Əlbəttə, buna nail olmaq üçün şərait olmalıdır. Bu məqsədlə bölgələrdə Olimpiya İdman kompleksləri tikilir və bu gün Saatlıda biz bu kompleksin açılışını qeyd edirik. Doğrudan da, böyük hadisədir və hər dəfə Saatlıda olarkən biz hansısa bir obyektin açılışında iştirak edirik. Mən dəfələrlə Saatlı rayonunda olmuşam və görürəm ki, burada inkişaf var, abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, binalar tikilir. Bu, məni sevindirir. Çünki hər bir rayonun inkişafı ölkəmizin ümumi inkişafına bir töhfədir. Hər bir rayonun inkişafı burada sakinlərin yaşayış şəraitini yaxşılaşdırır, yeni imkanlar, yeni iş yerləri, yeni müəssisələr açılır. Saatlı rayonunun inkişafı ilə bağlı müvafiq sərəncamlar verilmişdir, vəsait ayrılmışdır. Yenə də vəsait ayrılacaqdır ki, burada işlər daha da sürətlə getsin.

İndi Bakı ilə Saatlı arasında olan yolun tikintisi başa çatır. Yaxın həftələrdə artıq qalan hissə də tikiləcəkdir və Saatlıdan Bakıya, digər bölgələrə rahat getmək mümkün olacaqdır. Bu yol bilirəm ki, sakinləri həmişə narahat edirdi və mən də dəfələrlə bu yolu gəlmişəm və görürəm ki, indi Sabirabada qədər çəkilən yol bütün standartlara cavab verir və artıq Saatlıya qədər qalan hissə də başa çatmaq üzrədir. Kənd yolları tikilir. Bu gün biz bir kənd yolunun açılışını qeyd etdik. Orada on minlərlə insan yaşayır və beləliklə, kənd yolları, magistral yollar, digər infrastruktur layihələri Saatlıda icra edilir.

Növbəti mərhələdə su layihəsi icra ediləcəkdir. Bilirəm ki, buna da böyük ehtiyac vardır. Əvvəlki illərdə bir neçə kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Ancaq Saatlı şəhərini davamlı içməli su ilə təmin etmək üçün bu ilin sonuna qədər işlər başlamalıdır. Hesab edirəm ki, bir il ərzində bu layihə də başa çatacaq və ondan sonra Saatlı şəhərini 24 saat keyfiyyətli içməli su ilə təmin etmək mümkün olacaqdır. Bu, böyük layihədir, böyük vəsait tələb edən layihədir. Ancaq Azərbaycan dövləti bunu edir və edəcəkdir. Çünki su həyat, sağlamlıq deməkdir və təmiz keyfiyyətli su sağlam həyat deməkdir.

Olimpiya Kompleksi, xəstəxana, içməli su layihəsi – bütün bunlar sosialyönümlü layihələrdir, insanların sağlamlığı üçün icra edilir, vəsait ayrılır. Dövlət İnvestisiya Proqramında vəsait nəzərdə tutulur ki, bölgələrdə sakinlər rahat yaşasınlar və bütün işlər ən yüksək standartlarda görülməlidir.

Saatlıda qazlaşdırma layihəsi daha sürətlə icra edilməlidir. Əfsuslar olsun ki, şəhər hələ tam şəkildə qazlaşdırılmayıb. Bu, dözülməz bir haldır. İndi bizim əksər şəhərlərimizdə qazlaşdırma yüz faiz təmin edilibdir. Tezliklə müvafiq qurumlar Saatlıda qazlaşdırma işlərini həll etməlidirlər. İlk növbədə, şəhər tam şəkildə qazlaşdırılmalıdır və Saatlının bütün kəndlərinə təbii qaz xətləri çəkilməlidir. Bu göstəriş verilmişdir və hesab edirəm ki, bu sözlərdən sonra müvafiq qurumlar bu işə daha da böyük məsuliyyətlə yanaşacaqlar, əsassız yubanmalara yol verilməyəcəkdir.

Beləliklə, bütün infrastruktur layihələrinin icrası nəticəsində tam yeni bir dövr başlanacaqdır. İnsanların rahatlığı, iş yerlərinin yaradılması üçün bütün lazımi addımlar atılır. Dövlət İnvestisiya Proqramında Saatlının inkişafı ilə bağlı müvafiq göstərişlər nəzərdə tutulubdur. Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Mənə indi verilən məlumata görə, sizdə məhsuldarlıq da, taxıl yığımı da çox yüksəkdir, respublika üzrə olan rəqəmdən qat-qat üstündür. Çox gözəl göstəricidir. Kənd təsərrüfatı, heyvandarlıq, digər sahələr burada inkişaf etməlidir və inkişaf edəcəkdir. Bununla paralel olaraq, bütün sosial infrastruktur layihələri tam şəkildə öz həllini tapmalıdır. Bu istiqamətdə atılmış addımlar təqdirəlayiqdir, - xəstəxana, Olimpiya Mərkəzi, yollar, digər infrastruktur layihələri, - ancaq bununla bərabər məktəblərdə də çox işlər görülməlidir. Saatlı rayonunda qəzalı məktəblər hələ var və onların da təmiri nəzərdə tutulur.

Bir sözlə, hər rayon üzrə, o cümlədən Saatlı üçün konkret tədbirlər planı vardır. İkinci dövlət regional inkişaf proqramı bu ilin sonunda başa çatır və üçüncü proqram gələn il qəbul ediləcəkdir. Bu günə qədər həllini tapmayan məsələlər üçüncü dövlət proqramına salınacaq və növbəti beş il ərzində tamamilə öz həllini tapacaqdır.

Sizi bir daha ürəkdən salamlayıram, belə gözəl Olimpiya Kompleksinin açılışı münasibətilə bir daha təbrik edirəm.

X X X

Rayon ictimaiyyətinin nümayəndələri və idmançılar adından çıxış edən Nərimankənd orta məktəbin məşqçi-müəllimi Xəyal ƏHMƏDOV dedi:

- Möhtərəm cənab Prezident, Saatlıya xoş gəlmisiniz. Sizi idmançılarımız və bütün ictimaiyyətimiz adından ürəkdən salamlayıram. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Ona görə ki, xalqımızın böyük oğlu, əziz Prezidentimiz bizimlə görüşə gəlibdir. Sizin hər səfəriniz, hər gəlişiniz Saatlının inkişafına yeni töhfələr deməkdir. Biz Sizin saatlılılara doğma və isti münasibətinizin daim şahidi olmuşuq. 2011-ci ildə Saatlıya səfəriniz zamanı Sizdən xahiş etmişdik ki, rayonumuzda bir Olimpiya İdman Kompleksi tikilsin. Siz dərhal göstəriş verdiniz, Saatlıda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzinin tikintisi haqqında Sərəncam imzaladınız. Bununla da bizə ikiqat sevinc bəxş etdiniz.

Bu gün isə biz sevinc içərisindəyik. Rayonumuzda bu möhtəşəm Olimpiya İdman Kompleksinin açılışında bizimlə birlikdə iştirak edirsiniz. Bu Sizin ucalığınızın, insanların qayğıları ilə yaşamağınızın, gənclərimizin sağlam gələcəyinə olan ali diqqətimizin bariz nümunəsidir.

Cənab Prezident, Siz bizim arzularımızı gerçəkləşdirdiniz. Mən taekvondo üzrə məşqçi-müəllim işləyirəm. Onlarla yetirməm taekvondo sənətini davam etdirir. Biz söz veririk ki, bu möhtəşəm kompleksdə yeni çempionlar yetişdirəcəyik. Bu möhtəşəm Olimpiya İdman Kompleksi gündən-günə abadlaşan, müasir görkəmdə yenidən qurulan Saatlıya əlavə yaraşıq verir. Sizin yüksək diqqət və qayğınız sayəsində rayonumuzda sosial obyektlər, körpülər tikilir, yollar, parklar salınır, yeni iş yerləri açılır, rayon sakinlərinin istək və arzuları reallığa çevrilir. Doğma Azərbaycanımızın tərəqqisi naminə gördüyünüz bu əzəmətli işlərlə biz fəxr edirik, Sizinlə qürur duyuruq.

Əziz Prezidentimiz, indi Azərbaycan idman ölkəsi kimi tanınır. Ölkəmizdə Olimpiya və idman hərəkatının inkişafı da Sizin adınızla bağlıdır. Hər dəfə beynəlxalq yarışlarda idmançılarımızın uğurlu çıxışları nəticəsində dövlət bayrağımız dalğalananda sevincdən gözlərimiz yaşarır. 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi isə ölkəmizin sürətli inkişafının beynəlxalq aləmdə sabit, tərəqqipərvər bir dövlət kimi özünə layiqli yer tutmasının təsdiqidir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezident, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban xanım Əliyevanın rəhbərlik etməsi sayəsində bu oyunların da mötəbər bir tədbir kimi tarixə düşəcəyinə inanırıq. Buna görə Sizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident, Saatlı gəncləri və idmançıları Sizi əmin edir ki, bu möhtəşəm kompleksdən - bütün şəraiti olan, hər bir avadanlıqla təchiz edilmiş bu kompleksdən səmərəli istifadə edəcəyik. Mən idmançılarımız adından söz verirəm ki, bizim bütün qələbələrimiz, gələcəyə inamımız Sizinlə bağlıdır. Gənclərimiz öz gələcəklərindən tam arxayındırlar. Çünki bizim Sizin kimi qüdrətli liderimiz vardır. Xalqımız çox gözəl bilir ki, Siz suveren Azərbaycanımızın, bugünkü firavan həyatımızın qarantısınız. Bir daha əmin ola bilərsiniz ki, Sizin həyata keçirdiyiniz bütün işlərdə saatlılılar həmişə Sizinlədirlər, daim Sizinlə olacaqlar. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzu edirəm, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Bizim görüşlərimiz hələ çox olacaqdır. Çünki Saatlıda görüləsi işlər çoxdur. Açılışlar da olacaqdır. Yeni obyektlərin açılışlarında biz bərabər olacağıq. Sizi əmin edirəm ki, gələcəkdə də Saatlının inkişafını daim diqqət mərkəzində saxlayacağam və rayonun inkişafı üçün bütün tədbirlər görüləcəkdir, Saatlı inkişaf edəcək, çiçəklənəcəkdir. Bir daha sizi təbrik edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Saatlı Olimpiya İdman Kompleksinin açılışını etmişdir VİDEO

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY