RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Sabirabadda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib VİDEO

Sabirabad, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin