RƏSMİ XRONİKA
Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti, idarə heyətinin sədrini qəbul edib YENİLƏNİB VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda yüksək səviyyədə təşkil edilən Formula-1 yarışlarının dünya səviyyəsində əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı “VTB Bank”ın uzun il Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi bildirildi, ölkələrimiz arasında bank əməkdaşlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.