RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib YENİLƏNİB VİDEO

Varşava, 27 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə abidənin yerləşdiyi əraziyə gəldi.

Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.

Dövlətimizin başçısı “Əbədi məşəl”in önünə əklil qoydu, xatirə kitabına ürək sözlərini yazdı.

Süvari dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin