Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi ilə tanış olub VİDEO

Bakı, 11 sentyabr (AZƏRTAC). Sentyabrın 11-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizdə və regionda ilk dəfə keçirilən Beynəlxalq müdafiə sənayesi – “ADEX 2014” sərgisi ilə tanış olub.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkə həyatının bütün istiqamətlərində, o cümlədən ordu quruculuğu sahəsində son illərdə mühüm nailiyyətlər əldə olunub. Bu sırada dövlətimizin başçısının Sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti mühüm yer tutur. Nazirliyin tabeliyinə verilən müəssislərdə qısa müddətdə yenidənqurma işlərinin aparılması, son illərdə həmin müəssisələrin maşın və avadanlıq parkının yenilənməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıqların alınıb quraşdırılması Ali Baş Komandanın bu sahənin inkişafına verdiyi önəmi bir daha göstərir. İndiyədək bu müəssisələrdə müxtəlif istehsal sahələri yaradılıb və bu sahələr Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin olunmasına geniş imkanlar açıb. Görülən işlərin nəticəsidir ki, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar böyük maraqla qarşılanır. Müdafiə Sənayesi Nazirliyi bu günədək 15-dən artıq beynəlxalq sərgidə iştirak edib.

Beynəlxalq müdafiə sənayesi sərgisi isə bu il ilk dəfə Azərbaycanda keçirilir. Əgər Azərbaycan ilk qatıldığı sərgidə 27 adda məmulatla təmsil olunurdusa, “ADEX 2014”də 168 adda məmulat nümayiş etdirir. Bu sərgi müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilib. Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi Müdafiə Sənayesi və Müdafiə nazirliklərinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilib. Sərginin keçirilməsi ideyası son illərdə müdafiə sənayesi sahəsində əldə olunan uğurlarla sıx bağlıdır. Təsadüfi deyil ki, bütün sənaye sahələrində müşahidə olunan inkişaf sayəsində Azərbaycan həm regional, həm də beynəlxalq bazarlarda aparıcı fiqur və strateji tərəfdaşa çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr regionda təhlükəsizlik və əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Həmçinin Azərbaycanın hərbi sənaye kompleksi də bir sıra irimiqyaslı layihələr həyata keçirərək öz imkanlarını əsaslı şəkildə genişləndirib. Hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrlə hərbi-texniki əməkdaşlığı da sürətlə genişləndirir.

Müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevə sərgi barədə məlumat verdi. Bildirildi ki, Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, biznes dairələri və sənaye strukturları tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin aktuallığını və əhəmiyyətini sübut edir.

Dövlətimizin başçısı əvvəlcə Müdafiə Sənayesi Nazirliyinin stendinə baxdı. 

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılması müstəqillik illərində Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlərin mühüm tərkib hissəsini təşkil edir.  Hazırda Müdafiə Sənayesi Nazirliyi hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsulların istehsalı üzrə fəaliyyət göstərir. Nazirliyin tabeliyində 5 istehsalat birliyi və 2 elmi tədqiqat institutu var. Eyni zamanda, nazirlik mövcud qanunvericilik çərçivəsində və beynəlxalq hüquq normalarına riayət edərək istehsal olunan məhsulların xarici ölkələrə ixracını həyata keçirir. Hazırda nazirlik dünyanın bir sıra qabaqcıl ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlıq edərək müxtəlif müdafiə təyinatlı məhsulların istehsalı istiqamətində layihələr icra edir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, hazırda Azərbaycan Ordusunun təchizatında ölkəmizdə istehsal olunan məhsullar mühüm rol oynayır. 

Dövlətimizin başçısı sərgidə iştirak edən xarici ölkələrin pavilyonlarında da oldu.

Fransanın dəniz müdafiəsi üzrə dünyada lider şirkətlərindən olan “DCNS Group” şirkəti dənizçiliklə bağlı tikinti sahələrində və hərbi dəniz bazaları üçün xidmət şəbəkəsi yaradır.

Türkiyə bu sərgidə bir neçə şirkətlə təmsil olunur. Məsələn, “Roketsan” şirkəti sistem mühəndisliyi vasitəsilə sifarişçi tələbləri əsasında müəyyən edilən və fərdi tələbatlara uyğunlaşdırılan sistemlərin layihələndirilməsi və istehsalı ilə məşğuldur.

1975-ci ildən fəaliyyətdə olan “Aselsan” şirkəti isə hərbi rabitə, radar, radioelektron, elektro-optik, naviqasiya və aviasiya elektron avadanlıqları, silah, çoxfunksiyalı məlumat idarəetmə sistemi və digər yüksək texnologiyalar təklif edir.

Ukraynanın “Ukroboronprom” Dövlət Konserni də bu sərgidə yüksək səviyyədə iştirak edir. Ukrayna hərbi-sənaye kompleksinə daxil olan 134 müəssisəni özündə birləşdirən şirkət hərbi və xüsusi təyinatlı məhsulların ixracı və idxalı ilə məşğuldur.

Polşanın pavilyonu da təklif olunan məhsulların zənginliyi ilə seçilir. Bu ölkənin “Armaments Group” şirkətlər qrupu müdafiə vasitələrinin istehsalı üzrə ən böyük müəssisələrdən biridir və hazırda milli təhlükəsizlik sisteminin və bütün Polşa iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

Sərginin özəlliyini artıran mühüm amillərdən biri də burada Azərbaycanın tarixinə, xüsusilə də ölkəmizdə ordu quruculuğunun şanlı keçmişinə böyük diqqətlə yanaşılmasıdır. Azərbaycan Tarix Muzeyinin silahlar və bayraqlar fondunun zəngin ekspozisiyasının sərgidə nümayiş etdirilməsi bir daha qəhrəmanlar diyarı olan ölkəmizdə böyük ordu ənənələrinin olduğunu təsdiqləyir.

İsrail şirkətləri də Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində yüksək səviyyədə təmsil olunur. Bu ölkənin “Plasan” şirkəti taktiki döyüş maşınları, təyyarələr, vertolyotlar və fərdi mühafizə üçün texnika, “Rafael” şirkəti isə hava, quru, dəniz və kosmosda istifadə üçün yüksək texnologiyalı müdafiə sistemlərinin geniş çeşidini təklif edir. “Israel Weapon Industries” şirkəti də öz məhsulları ilə maraq doğurur.

Belarus sərgidə 7 şirkətlə təmsil olunur. “AGAT-Control Systems” şirkətinin istehsal etdiyi məhsullar quru qoşunları, hərbi hava qüvvələri və hava hücumlarından müdafiə üzrə döyüşün idarə edilməsi sistemlərinin istehsalı ilə məşğuldur. Bu ölkənin sərgidə iştirak edən digər şirkətləri də müdafiə sənayesi üzrə yüksək texnologiyaları təqdim edirlər.

Sərginin əsas iştirakçılarından biri də Rusiyadır. Bu ölkə “ADEX 2014”ə 14 şirkətlə qatılıb. “Rosoboronexport” dünya silah bazarının liderlərindən biridir və Rusiyanın illik silah satışının 80 faizini təmin edir. Dünyanın 70-dən çox ölkəsi ilə hərbi-texniki əməkdaşlıq edən Rusiyanın sərgidə təmsil olunan digər şirkətləri də müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullarını nümayiş etdirirlər.

Cənubi Afrika Respublikasının “Paramount” şirkəti müdafiə və təhlükəsizlik üzrə innovasiya sahəsində dünya lideridir. Azərbaycan ilə sıx əməkdaşlıq quran şirkət bütün dünyada müdafiə, daxili təhlükəsizlik və sülhməramlı qüvvələr üçün ən müasir texnika, cihaz və zirehli maşınlar istehsal edir.

Sərgiyə 6 şirkətlə qatılan Çin də müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullarını nümayiş etdirir. Bu ölkənin “CETC” şirkəti əsasən elektron komponentlərin və elektron avadanlıqların istehsalı ilə məşhurdur. Dünyanın 100-dən çox ölkəsində iş quran şirkət hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.

Fransanın Qərbi Avropada nüfuzlu müdafiə sənayesinə malik “MBDA” şirkəti bütün növ silahlı qüvvələrdə idarə olunan raket sistemləri üzrə genişçeşidli komplekslərin yaradılması ilə məşhurdur.

Sərgi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal edilən ən son model tapança hədiyyə edildi.

Sonra dövlətimizin başçısı sərginin Baku Expo Mərkəzinin həyətində təşkil olunan digər hissəsinə baxdı. Burada əsasən çöl-səhra şəraitində, hərbi hava qüvvələrində istifadə olunan texnika, silah-sursat nümayiş etdirilir.

Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir. Sərgiyə 37 şirkətlə qatılan Azərbaycan irimiqyaslı ekspozisiyası ilə fərqlənir. Bu sərgiyə olan böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və əhəmiyyətini bir daha təsdiqləyir.

Beləliklə, Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi milli hərbi sənaye potensialının nümayişi, habelə hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələri, eləcə də ən yeni hərbi texnika növləri ilə tanışlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından səmərəli meydandır. Bu cür ixtisaslaşdırılmış sərginin keçirilməsi Azərbaycanda müdafiə sənayesinin inkişafına təkan verməklə yanaşı, ölkədə istehsal edilən hərbi məhsulların dünya bazarında rəqabətə davamlı olmasına da töhfə verəcək.

Sərgi çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda keçiriləcək konfransda müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər müzakirə olunacaq. Ümumilikdə konfransda 200-dən artıq mütəxəssis, hərbi ekspert, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri iştirak edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının daha prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm VİDEO

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb