RƏSMİ XRONİKA


Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb VİDEO

Naxçıvan, 11 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və hökumətin üzvləri yola saldılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin