Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası” elektron portalının ingilis dilində versiyasının təqdimat mərasimi olmuşdur VİDEO

Bakı, 24 aprel (AZƏRTAC, Rauf Əliyev). Aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası” elektron portalının yenilənmiş variantının və onun ingilis dilində yaradılmış versiyasının təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə kitabxananın internet resursları zalında Naxçıvanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına aid 50-yə yaxın Azərbaycan, türk, ingilis və rus dillərində elektron kitabların CD-ləri ilə tanış olmuşlar. Naxçıvan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən 40-a yaxın arxiv sənədinin sürəti, muxtar respublika ilə bağlı 100-dən artıq dissertasiyanın avtoreferatları və müxtəlif dillərdə çap olunmuş 200-dək kitab da qonaqların marağına səbəb olmuşdur.

Daha sonra tədbir konfrans zalında davam etdirilmişdir. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar həyata keçirilən tədbirlər planı çərçivəsində hazırlanan internet portalının ərsəyə gəlməsində muxtar respublikanın Bakı şəhərindəki daimi nümayəndəliyinin verdiyi informasiya dəstəyi xüsusi rol oynamışdır. O qeyd etmişdir ki, “Naxçıvan Muxtar Respublikası” elektron portalı hələ beş il bundan öncə hazırlanmışdır. Bu gün Prezident Kitabxanasının əməkdaşları həm portalın Azərbaycan dilində olan versiyasını materiallarla zənginləşdirmiş, həm də onun ingilis dilində yeni versiyasını hazırlamışlar. “Ümumi məlumat”, “Tarix”, “Təhsil və səhiyyə”, “Mədəniyyət”, “İqtisadiyyat”, “Resurslar” adlı 6 bölmə və 38 alt bölmədən ibarət olan bu resurs internet istifadəçilərinə muxtar respublika haqqında dolğun məlumat vermək məqsədi daşıyır.

Mayıl Əhmədov demişdir ki, elektron portalın “Ümumi məlumat” bölməsində istifadəçilər Naxçıvan Muxtar Respublikası haqqında ətraflı məlumat əldə edə, onun Konstitusiyası ilə tanış ola biləcəklər. Bu bölmədə muxtar respublikanın inzibati-ərazi vahidləri, əhalisi, təbiəti və təbii sərvətləri haqqında məlumatlar da yer almışdır. Prezident Kitabxanasının direktoru onu da əlavə etmişdir ki, elektron portalda Naxçıvanın qədim dövrlərdən azərbaycanlıların Vətəni olduğunu təsdiq edən tarixi faktlara xüsusi yer verilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əməkdar Elm Xadimi, akademik İsa Həbibbəyli elektron portalın hazırlanmasında böyük əmək sərf edən, ciddi elmi araşdırmalar aparan və həmin araşdırmaları ümumiləşdirərək istifadəçilərə təqdim edən Prezident Kitabxanasının əməkdaşlarını təbrik edərək bildirmişdir ki, mənfur qonşularımızla informasiya savaşının davam etdiyi bir dövrdə “Naxçıvan Muxtar Respublikası” elektron portalının yenilənməsi və onun ingilis dilində versiyasının hazırlanması xüsusi əhəmiyyətə malikdir. Portalın zənginləşdirilməsi üçün akademik səviyyədə iş görülmüş, elmi dəyəri olan 200-dən çox kitaba istinad edilmişdir.

Naxçıvan tarixinin mühüm hadisələrini özündə əks etdirən “Xronologiya” bölməsinə diqqət çəkən akademik demişdir ki, bu bölmədə həm ümummilli liderimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərləri xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Naxçıvanda keçirilən müxtəlif görüşlərdə və tədbirlərdəki çıxışlarının tam mətnlərinin “Heydər Əliyev Naxçıvanda”, “İlham Əliyev Naxçıvanda” adlı yarımbölmələrdə istifadəçilərə təqdim edilməsi, qədim diyarın müstəqillik dövrünü araşdırmaq istəyənlər üçün əsaslı mənbədir. Alim əlavə etmişdir ki, Naxçıvan Ali Məslisinin Sədri Vasif Talıbovun çıxışlarının tam mətnləri də ayrıca yarımbölmədə istifadəçilərə təqdim olunmuşdur.

“Naxçıvan Muxtar Respublikası” elektron portalının ingilis dilində yaradılmış versiyasının əhəmiyyətindən ətraflı söhbət açan AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva demişdir ki, portalın daim yenilənməsi, zənginləşdirilməsi günümüzün ən vacib tələblərindən biridir. Qədim diyarın dəyərli tarixi abidələri barədə geniş məlumatların ingilis dilində dünya ictimaiyyətinə təqdim olunmasını yüksək qiymətləndirən G.Baxşəliyeva onu da demişdir ki, tarixdə iz qoymuş görkəmli naxçıvanlılar, dövlət, elm, ədəbiyyat və incəsənət xadimləri haqqında qısa biblioqrafik məlumatların öz əksini tapması alqışa layiqdir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ermənilərin ölkəmizə ərazi iddialarından əl çəkmədiyi bir vaxtda Azərbaycanın mühüm geostrateji məkanı olan Naxçıvana xüsusi diqqət göstərilməsinin və muxtar respublikanın tarixi barədə məlumatların yayılmasının önəmindən danışaraq demişdir ki, bu istiqamətdə atılan hər bir addım respublikamızın xarici siyasətinə dəstək xarakteri daşıyır. Bu mənada Naxçıvanın şanlı tarixinin və bugünkü inkişafının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycanın 20 faiz torpaqlarını zəbt edən təcavüzkar Ermənistanın blokadada saxladığı Naxçıvan Muxtar Respublikasının yüksəliş dövrünü yaşadığını bildirərək vurğulamışdır ki, həm bu, həm də dahilər yurdunun zəngin tarixi barədə məlumatların internet resursları vasitəsilə dünyaya çatdırılması beynəlxalq aləmdə ölkəmizin müsbət imicini möhkəmləndirir.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov da Ermənistanda Naxçıvanla bağlı müxtəlif iddiaların ortaya atıldığı bir vaxtda muxtar respublika barədə ingilis dilində internet portalının yaradılmasını yüksək qiymətləndirmişdir.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvləri Vəli Hüseynov, Vəli Əliyev, Milli Məclisin deputatları Musa Qasımlı və Qüdrət Həsənquliyev çıxış edərək “Naxçıvan Muxtar Respublikası” elektron portalının ingilis dilində yaradılmış versiyasının əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, portal Naxçıvan barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, həm də xarici ölkələrin elmi ictimaiyyəti üçün əsaslı mənbə rolunu oynayacaqdır. Naxçıvana aid kitabların elektron versiyalarının, müxtəlif elmi jurnallarda və ayrı-ayrı qəzetlərdə Naxçıvan haqqında dərc edilən seçilmiş məqalələrin tam mətnlərinin burada toplanması elektron portalın əhəmiyyətini artırır.

Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası” elektron portalının ingilis dilində versiyasının təqdimat mərasimi olmuşdur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib