SİYASƏT


Prezident Luis Gilyermo Solis: Kosta-Rika Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Bakı, 3 iyun, AZƏRTAC

Kosta-Rika Respublikasının Prezidenti Luis Gilyermo Solis Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Prezident Luis Gilyermo Solisə çatdırıb. Prezident Luis Gilyermo Solis, öz növbəsində, salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Elmar Məmmədyarov ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, xüsusilə son dövrlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı baxımından əlamətdar olduğunu bildirib və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlər mübadiləsinin xüsusi önəm daşıdığını vurğulayıb.

Azərbaycanda son illər iqtisadi, sosial və maliyyə sahəsində həyata keçirilmiş islahatlar, əlverişli biznes mühiti barədə Prezident Luis Gilyermo Solisi məlumatlandıran E.Məmmədyarov iqtisadi-ticarət, turizm, enerji, logistika, gəmiqayırma sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğulayıb. O, həmçinin Kosta-Rikanın “ASAN viza” sisteminə daxil edilməsinin bu ölkədən Azərbaycana turist axınına təkan verəcəyinə ümidvar olduğunu deyib.

Azərbaycanın uğurlu inkişaf strategiyasının təqdirəlayiq olduğunu deyən Prezident Luis Gilyermo Solis ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.