DÜNYA


Prezident Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev iyulun 18-də Almatı şəhərində naməlum şəxslərin polis əməkdaşlarına hücumu ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Almatı şəhərində naməlum şəxslərin polis bölməsinə və Milli Təhlükəsizlik Komitəsinin yerli departamentinə basqını nəticəsində 3 polis əməkdaşı və 1 mülki şəxs həlak olub, 14 nəfər isə yaralanıb. Hazırda Almatı şəhərində ən yüksək - qırmızı terror təhlükəsi səviyyəsi elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.