İQTİSADİYYAT


Prezident Pirallahıda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb

Bakı, 1 avqust, AZƏRTAC

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli Fərmanında nəzərdə tutulmuş vəsaitdən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə 9,5 milyon manat, o cümlədən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi üçün 4,5 milyon manat, qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 29 yeni beşmərtəbəli çoxmənzilli binanın tikintisi üçün ilkin olaraq 5 milyon manat ayrılıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olan regional tarazlığın təmin edilməsi, kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşdırılması, əhalinin yaşayış şəraitinin və sosial rifahının yüksəldilməsi ilə bağlı konkret hədəflərə istiqamətlənmiş məqsədyönlü və sistemli fəaliyyət həyata keçirilir. Regionların, habelə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, davamlı sosial-iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər əldə edilib.

Görülmüş tədbirlər çərçivəsində Bakı şəhərinin Pirallahı rayonunda da mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilib, irimiqyaslı infrastruktur layihələri icra olunub, o cümlədən “Pirallahı” Günəş Elektrik Stansiyası tikilib istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.