DÜNYA


Prezident Rəcəb Tayyib Ərdoğan: 15 iyul Türkiyənin yıxılmayacağını göstərdi

A+ A

Bakı, 7 avqust, AZƏRTAC

15 iyul bu ölkənin sadəcə siyasi, iqtisadi, diplomatik hücumlara qarşı deyil, eyni zamanda, əsgəri təcavüzlərə qarşı da güclü olduğunu, yıxılmayacağını göstərdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən demokratiya və şəhidlər mitinqində çıxışında səsləndirib.

Türkiyə Prezidenti bildirib ki, Yeniqapı meydanında, eləcə də eyni anda 81 vilayətdə sərgilənən həmrəylik görüntüsü ölkəmizin düşmənlərini ən az 16 iyul səhərində olduğu qədər üzmüşdür: “Bu mənzərə min illik vətənimizin tək bir daşına belə göz dikənlərin ödəməyi gözə alacaqları əvəzin elanı və isbatıdır. Bu mənzərə Türkiyənin 2023 hədəflərinə çatacağının elanı və isbatıdır”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, 15 iyul ordunun içinə sızmış FETÖ xəyanət şəbəkəsi mənsublarının başlatdığı çevriliş cəhdi olsa da, hadisə təkcə bundan ibarət deyil: “Bu, PKK və İŞİD-in silahlı hücumlarla nail olmaq istədikləri, əsgər geyimində terroristlərin əli ilə bir səhifəyə keçid cəhdidir. Yəni bu, eyni zamanda, bir terror cəhdidir. Bütün bunlara birlikdə nəzər yetirsək, 15 iyul ölkəsinə və millətinə xəyanət edən silahlı güc ilə ölkənin işğalı cəhdidir. Əgər çevriliş cəhdi uğurlu olsaydı, min ildir bizim olan bu torpaqların kimlərə hədiyyə olunacağını hamımız yaxşı bilirik”.

Çıxışının sonunda demokratiya keşiyində duran vətəndaşlara səslənən Ərdoğan “Bu axşam demokratiya keşiyinə bir vergül qoyuruq. Bütün Türkiyəyə səslənirəm, çərşənbə axşamı inşallah, nöqtəni qoyacağıq” deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.