DÜNYA


Prezident Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın üzvləri ilə görüşüb VİDEO

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarı və Ali Hərbi Şuranın üzvlərini qəbul edib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Prezident sarayında keçirilən və mətbuata qapalı olan qəbul təxminən yarım saat davam edib.

Xatırladaq ki, iyulun 28-də Türkiyənin Baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada Ali Hərbi Şuranın iclası keçirilib. İclasda qəbul olunan qərarlar dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilib. Silahlı Qüvvələr Baş Qərargahının və Milli Kəşfiyyat Təşkilatının ölkə Prezidentinin tabeliyinə verilməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.