DÜNYA


Prezident Rəcəb Tayyib Ərdoğan bayram namazı üçün getdiyi məsciddə huşunu itirib

Bakı, 25 iyun, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 25-də İstanbulun Ataşəhər rayonunda bayram namazı qılmaq üçün getdiyi Memar Sənan məscidində huşunu itirib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinə dərhal ilk tibbi yardım göstərilib. Hazırda dövlət başçısının səhhətinin normal olduğu bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan məsciddən çıxarkən jurnalistlərin suallarını cavablandıraraq deyib: “Bu gün şəkərlə əlaqədar təzyiq problemi yaşadım. Çox şükür ki, qısa vaxtda səhhətim normallaşdı. Hazırda özümü çox yaxşı hiss edirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.