DÜNYA


Prezident Rəcəb Tayyib Ərdoğan liderlərlə telefonda danışıb

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-də dövlət çevrilişi cəhdinə qarşı Türkiyəyə dəstəklərini ifadə etmək istəyən liderlərlə bir sıra telefon danışıqları olub.

Anadolu agentliyinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç, Bəhreyn Kralı Hamed bin İsa bin Xəlifə və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla telefonda danışıb.

Danışıq zamanı liderlər dövlət çevrilişi cəhdinə qarşı çıxdıqlarını, Türkiyədə seçilmiş hökuməti dəstəklədiklərini və bu məsələdə türk xalqı ilə tam həmrəy olduqlarını, həmçinin qiyamçıların açdıqları atəş nəticəsində və müqavimət zamanı həyatlarını itirənlər üçün kədərləndiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.