SİYASƏT
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə mediasının əsas mövzusudur
Anadolu xəbər agentliyi, “Sabah” və “Yeni Şəfəq” kimi beynəlxalq nüfuzlu qəzetlər Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi Azərbaycana ilk səfərini iki qardaş ölkə arasında strateji müttəfiqlik münasibətlərinin bariz nümunəsi kimi təqdim edir.
Yerli KİV-lər Türkiyə dövlət başçısının Bakıda yüksək qonaqpərvərliklə qarşılanmasını, o cümlədən ölkə ictimaiyyətinin bu səfəri böyük maraq və sevgi ilə qəbul etməsini Azərbaycan xalqının Türkiyəyə olan tükənməz məhəbbəti kimi dəyərləndirir. Qeyd olunur ki, iki ölkə arasındakı qardaşlıq münasibətlərinin dinamik inkişafı xalqlarımızın mənəvi sifarişinin, ortaq dəyərlərimizin qorunmasının vacibliyini ortaya çıxaran real həqiqətdir.
Ölkənin teleradio məkanında da ciddi müzakirə mövzusuna çevrilən səfərin ayır-ayrı məqamları politoloqlar tərəfindən geniş şərh olunmaqda davam edir. Bir neçə televiziya kanalı səfərin təfərrüatları barədə Bakıdan canlı yayımla reportajlar verib.
Mütəxəssislər Rəcəb Tayyib Ərdoğanın ümumxalq səsverməsi yolu ilə Prezident seçilməsindən sonra Türkiyənin siyasi mühitində yaranmış yeni mənzərəni Azərbaycan-Türkiyə münasibətlərinin strategiyasında da yeni bir inkişaf mərhələsinin başlanğıcı olduğunu önə çəkirlər. Bildirilir ki, Prezident İlham Əliyev ilə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri Azərbaycan-Türkiyə qardaşlığını daha sıx tellərlə bir-birinə bağlayan mühüm amildir.
Məlumatlarla aşağıdakı linklərdə tanış olmaq mümkündür.
http://www.yenisafak.com.tr/video-galeri/erdogan-azerbaycanda-resmi-torenle-karsilandi/19915
http://www.aa.com.tr/tr/manset/383009--erdogan-azerbaycanda-resmi-torenle-karsilandi
http://www.sabah.com.tr/Gundem/2014/09/03/cumhurbaskani-erdogan-azerbaycanda
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul