DÜNYA


Prezident Rodriqo Duterte özünü Filippinin Hitleri adlandırıb

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Filippinin Prezidenti Rodriqo Duterte özünü Adolf Hitlerlə müqayisə edərək növbəti qalmaqallı çıxışi ilə yadda qalıb.

AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Duterte çıxışında bəzi tənqidçilərin onu “Hitlerin qohumu” kimi təsvir etdiyini deyib. Hitlerin çox sayda yəhudini öldürdüyünü qeyd edən Filippin prezidentinin sözlərinə görə, ölkədə 3 milyon narkoman var və onları qətlə yetirməkdən məmnun olacağını bildirib: “Əgər Almaniyanın Hitleri olubsa, Filippinin də ...” - bu sözlərdən sonra Duterte bir anlıq susub və özünə işarə edib.

Bu, Filippin liderinin ilk qalmaqallı bəyanatı deyil. Bir qədər əvvəl Çində keçirilən G20 sammiti astanasında o, narkotik ticarətinə qarşı apardığı sərt mübarizəni qınayan ABŞ Prezidenti Barak Obamanın və Avropa İttifaqının ünvanına təhqiramiz ifadələr işlədib.

Bu ilin mayında prezident postuna seçilən Rodriqo Duterte narkotik aludəçiləri və alverçiləri ilə irimiqyaslı mübarizə aparmağın tərəfdarıdır. Polisin məlumatına əsasən, Duterte hakimiyyətə gəldikdən sonra ölkədə narkotik ticarəti ilə əlaqəli olan 2,4 min nəfər qətlə yetirilib. Dünya ictimaiyyəti Filippində narkotik vasitə ticarətinə qarşı aparılan mübarizə metodlarını dəfələrlə qınayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.