Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Moldovadakı səfirliyində seçki məntəqəsi yaradılıb
Kişineu, 16 mart, AZƏRTAC
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Moldovadakı səfirliyində seçki məntəqəsi yaradılıb.
Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 40 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatıb.
Məntəqədə səfirliyin əməkdaşları ilə yanaşı, Moldovada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Kişineuda səfərdə olacaq və xidməti vəzifələrini icra edəcək vətəndaşlar səs verə biləcəklər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:29]
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
- 14.10.2026 [18:20]
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
- 14.10.2026 [17:59]
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
- 14.10.2026 [17:17]
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
- 14.10.2026 [16:16]