MƏDƏNİYYƏT


Prezident təqaüdçüsü olan gənc ifaçılar konsert verəcək

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Prezident təqaüdçüsü olan istedadlı gənc ifaçılar konsert proqramı ilə çıxış edəcəklər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsert “Multikulturalizm ili” çərçivəsində reallaşacaq. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.

Qeyd edək ki, Prezident təqaüdçüləri olan musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün formalaşması məqsədilə təşkil edilən layihə mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən paytaxt və bölgələrdə həyata keçirilir. Layihə çərçivəsində bu ilin mayında ilk konsert Gəncədə, sentyabr ayında isə Biləsuvar şəhərlərində gerçəkləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.