MƏDƏNİYYƏT


Prezident təqaüdçüsü olan gənc ifaçıların konserti maraqla qarşılanıb

A+ A

Bakı, 28 noyabr, Flora Şükürova, AZƏRTAC

Noyabrın 28-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Prezident təqaüdçüsü olan istedadlı gənc ifaçılar konsert proqramı ilə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən konsert proqramı “Multikulturalizm ili” çərçivəsində baş tutub. Konsertdə C.Lombaridze, Q.Faure, P.Venyavski, P.Çaykovski, A.Tsfasman, C.Rossini, H.Rzayev, C.Cahangirov, B.Bartok və başqa Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə təqdim olunan kompozisiyalar maraqla qarşılanıb.

Qeyd edək ki, Prezident təqaüdçüləri olan musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün formalaşması məqsədilə təşkil olunmuş layihə mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən paytaxt və bölgələrdə həyata keçirilir.

Layihə çərçivəsində ilk konsert bu ilin mayında Gəncə, sentyabr ayında isə Biləsuvar şəhərlərində gerçəkləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.