RƏSMİ XRONİKA


Prezidentin Mətbuat Xidmətinin məlumatı

A+ A

Noyabrın 9-da Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Prezidentinə Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər.

Ukrayna Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Öz növbəsində Prezident İlham Əliyev də bu səfərin uğurlu olduğunu qeyd edib.

Petro Poroşenko Prezident İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı dəvətə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır