Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentin Paris səfəri: müstəqil siyasətə dayanan qətiyyətli mövqe

Prezidentin Paris səfəri: müstəqil siyasətə dayanan qətiyyətli mövqe

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Fransaya səfərinə ekspertlər böyük maraq göstərib. Bunu iki aspektdə aydın hiss etmək olur. Birincisi, Parisdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsinin məzmunu, ikincisi, Azərbaycanın Fransa ilə imzalayacağı əməkdaşlıq sazişlərinin əhatə dairəsi maraq doğururdu. Hər iki istiqamətdə sözün həqiqi mənasında aktual müzakirələr aparılıb. Azərbaycan tərəfi Dağlıq Qarabağla bağlı məsələni yenə konkret qoyaraq işğalçı qüvvələrin çıxarılmasını əsas hesab etdiyini bildirib. Bu kontekstdə həmsədr dövlətlərin status-kvonu dəyişməkdən bəhs etmədən real addımlar atmağa keçməli olduqları vurğulanıb. Parisdə rəsmi Bakının müxtəlif sahələr üzrə əməkdaşlığa tam açıq olduğu da bir daha təsdiqlənib. Tərəflər müxtəlif sferaları əhatə edən mühüm sənədlər imzalayıblar.

Sarkisyanın yalanları: yenə ifşa olundu

Fransa ənənəvi olaraq dünya siyasətində öz yeri olan dövlətlərdəndir. Avropa İttifaqında (Aİ) isə Almaniya ilə birlikdə aparıcı rol oynayır. Parisin qlobal geosiyasətin dinamikasına ciddi töhfələr verdiyinə şübhə yoxdur. Bu səbəbdəndir ki, əsas geosiyasi problemlərin həllində Parisin iştirakı güclüdür. O cümlədən münaqişələrin həlli, regional ixtilafların aradan qaldırılması, terrorçuluqla mübarizə, ekoloji mühitin yaxşılaşdırılması və digər sahələrdə Fransanın rolu qəbul edilir. Son illər Aİ-nin əməkdaşlıq proqramlarının həyata keçirilməsində Parisin xüsusi vəzifə yerinə yetirdiyini də vurğulamaq lazımdır.

Bunlardan əlavə, Fransa əvvəlcədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edir. Belə bir fikir mövcuddur ki, rəsmi Paris İrəvanı himayə edir. Doğrudan da, keçən əsrin 90-cı illərində Ermənistan rəhbərliyi hər bir kritik anda Parisə üz tuturdu. Bu sırada Ki-Uest görüşündə Heydər Əliyevin qətiyyətli mövqe nümayiş etdirməsindən sonra Robert Koçaryan birbaşa Parisə uçub, ağalarına şikayətlər etmişdi. Ancaq hazırda vəziyyət xeyli fərqlidir. Fransa da digər həmsədr dövlətlər kimi, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsində maraqlıdır.

Paris Vaşinqton və Moskva ilə eyni mövqedən çıxış edərək, “mövcud status-kvo qəbuledilməzdir” deyir. Eyni zamanda, Fransanın Aİ-nin gələcəyi ilə əlaqəli atdığı addımlar onu Avropaya qonşu olan ölkələr üçün daha cəlbedici edib. Ermənistan prezidenti isə hər dəfə çətinliyə düşəndə, Parisə qaçmağa adət edib. Son səfərində Serj Sarkisyan fransalı iş adamları ilə görüşündə Azərbaycanın əleyhinə iftira və böhtanlar səsləndirməkdən çəkinməyib. O, konkret əməkdaşlıq proqramları təklif etmək əvəzinə, yenə də rəsmi Bakıdan şikayətlər edib. Belə görünüb ki, əslində, İrəvanın əməkdaşlıq üçün təklif etməyə nə imkanı, nə də ağlı var.

Bundan başqa, Prezident İlham Əliyevin Fransaya səfəri erməni liderin dediklərinin heç bir əsasının olmadığını əyani surətdə fransız iş adamlarına göstərdi. Azərbaycanın dövlət başçısı Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşdə ölkənin əməkdaşlıq üçün böyük imkanlara malik olduğunu və Ermənistan prezidentinin söylədiklərinin əsassızlığını bir daha sübut edib. Əgər Ermənistan S.Sarkisyanın dediyi kimidirsə, onda niyə çox kasıbdır? Konkret olaraq, rəsmi İrəvan əməkdaşlıq üçün heç bir şey təklif edə bilmirsə, həmin dövlətin hansı müsbət tərəflərindən danışmaq olar? (bax: Prezident İlham Əliyev: Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir / AZƏRTAC, 14 mart 2017).

Azərbaycan Prezidentinin səfəri olduqca uğurlu alınıb. Aparılan danışıqlar, verilən mesajlar və imzalanan sənədlər bunu təsdiq edir. Onu vurğulayaq ki, İlham Əliyev bütün səfərlərində olduğu kimi, çox səmimi, açıq, aydın və dəqiq mövqe nümayiş etdirib. Fransanın dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümumi və standart sözlər ifadə edib. Fransua Olland münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb. Bunu S.Sarkisyana da dediyini bildirib. Diplomatik etiket baxımından, təbii ki, normal haldır.

Münaqişənin həlli: Bakı qətiyyət və konkretlik tələb edir

Lakin uzun illərdir ki, həmsədr dövlətlərin başçıları eyni şeyi təkrar edirlər. Onlar bir tərəfdən status-kvonun saxlanmasının əleyhinədirlər, digər tərəfdən isə onun dəyişməsinə əngəl olan Ermənistana qarşı heç bir konkret addım atmırlar. Əvəzində, dönə-dönə bildirirlər ki, hərbi yolla münaqişə həll edilə bilməz. Niyə?

Axı, sizlər İraqı, Liviyanı, Suriyanı, Əfqanıstanı bombaladınız. Fransa qırıcıları indi də Suriya və İraqda bombalar yağdırır. Halbuki bu ölkələr Avropanın, yaxud Rusiyanın bir qarış torpağını belə işğal etməyiblər. ABŞ, Avropa ölkələri və Rusiya bəyan edirlər ki, Yaxın Şərqdəki terrorçular qəfil gəlib, onların ərazilərində terror törədərlər. Ona görə də qabaqlayıcı tədbirlər görməyə məcburdurlar.

Şübhəsiz, burada müəyyən həqiqət vardır. Ancaq həmin həqiqətlərdən əvvəl başqa həqiqət də meydana çıxıb. Azərbaycanın ərazisini erməni quldur dəstələri hərbi yolla, vicdansız və qaydasız savaşla havadarlarının birbaşa yardımı ilə işğal ediblər. Minlərlə azərbaycanlı erməni terrorunun qurbanı olublar. Onlar Azərbaycanda, Rusiyada, Gürcüstanda, Avropada erməni terrorçuların hədəfinə çevriliblər. Bu terror qruplarının yuvalarından biri də Dağlıq Qarabağdır. Bəs nəyə görə Azərbaycanın həmin terrorçuları məhv etməsinə razı deyillər? Əsrin bu paradoksunu necə izah edə bilərlər?

Bu fikirlər fonunda həmsədr dövlətlərin başçılarının söylədikləri baş aldatmağa bənzəyir. Prezident İlham Əliyev isə mövqeyini konkret ifadə edir. Parisdə Azərbaycanın dövlət başçısı bəyan edib: "Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri – Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər" (bax: Prezident İlham Əliyev və Prezident Fransua Olland mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 14 mart 2017).

Dövlət başçısı mövqeyini daha da konkretləşdirərək, ifadə edib ki, “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür... Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır... Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz” (bax: Prezident Fransua Ollandın adından Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib / AZƏRTAC, 15 mart 2017).

Beləliklə, Prezident İlham Əliyev kifayət qədər aydın və dəqiq məntiqlə bəyan edib ki, sözdə deyilənləri konkret praktikada həyata keçirməyin zamanı gəlib. Dünyanın 3 böyük dövləti cırtdan Ermənistanın BMT-nin və başqa beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə qoyulan şərtləri yerinə yetirməsi üçün ciddi addım atmayıblarsa, baş verəcəklərin məsuliyyətini Azərbaycan daşımır. Yəni işğalçı erməni silahlı qüvvələri qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmalıdır. İnsanlar öz yurdlarına qaytarılmalıdırlar. Yalnız ondan sonra regionda sabitlikdən və sülhdən danışmaq mümkündür.

Fransa ilə münasibətlərin digər sahələrinə gəldikdə isə, Azərbaycan imzaladığı 5 sənədlə konstruktiv əlaqələrin inkişafında maraqlı olduğunu bir daha nümayiş etdirib. Dövlət başçısı Parisdə Azərbaycanın Aİ ilə əməkdaşlığın yeni formatını hazırlamağa hazır olduğunu bəyan edib. Azərbaycan iqtisadi, enerji, humanitar, elmi-texniki, ekoloji, kosmos, şəhərsalma, informasiya və başqa sahələrdə Fransa ilə əməkdaşlığını daha da inkişaf etdirəcək.

Bununla da Azərbaycan Prezidentinin Fransaya növbəti səfərinin xeyli səmərəli olduğu nəticəsini çıxara bilərik. Konkret sahələr üzrə imzalanan sazişlər bu istiqamətdə perspektivin kifayət qədər olduğunu göstərir. Eyni zamanda, Prezident Azərbaycanın xarici siyasətdə tutduğu müstəqil kursu qətiyyətlə davam etdirəcəyini, o cümlədən Ermənistanın təcavüzünün aradan qaldırılması üçün lazım olan bütün addımları atmaqda davam edəcəyini bir daha bəyan edib.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb YENİLƏNİB

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub