DÜNYA


Prezidentin dəftərxanasının əmlakına həbs qoyula bilər

A+ A

Praqa, 4 oktyabr, AZƏRTAC

Babasının təmiz adının bərpa edilməsi barəsində iş üzrə Çexiya Prezidenti Miloş Zemana qarşı məhkəmə prosesini udmasına baxmayaraq, Tereziye Kaslovadan hələ də üzr istənməyib, halbuki məhkəmənin qərarına görə, Çexiya Prezidentinin dəftərxanası ondan üzr istəməli idi. Buna görə də o, qərarın icra olunmaması ilə bağlı cərimə tutulması üçün əmlakın siyahıya alınması haqqında tələb irəli sürüb. Həmin məbləğ 100 min kron (3,700 avro) civarında olub, cavabdehin məhkəmənin qərarını yerinə yetirməsinə qədər məhkəmə icraatçısı tərəfindən dəfələrlə onun üzərinə qoyula bilər.

Xatırladaq ki, Miloş Zeman “Hitler centlmendir” sərlövhəli məqalənin müəllifinin Ferdinand Peroutke olduğunu bildirib. Tanınmış çex jurnalistinin nəvəsi Tereziye Kaslova isə məhkəmə vasitəsilə bu fikrin əsassızlığını isbatlaya bilib.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.