MƏDƏNİYYƏT


Prezidentin mətbuat xidməti tərəfindən Milli Arxiv İdarəsinə 9 mindən çox foto və kinosənəd təhvil verilib

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə 2016-cı ili əhatə edən 9 min 865 saxlama vahidi fotosənəd, 1 saxlama vahidi kinosənəd Dövlət Kino – Foto Sənədləri Arxivinə təhvil verilib.

Bu barədə AZƏRTAC-a Milli Arxiv İdarəsinin mətbuat xidmətindən bildirilib.

Belə ki, 2016–cı ildə dövlət başçısının iş günlərini əhatə edən fotosənədlər - Prezident İlham Əliyevin xarici ölkələrə rəsmi səfərlərini, işgüzar görüşlərini, qəbullarını, beynəlxalq tədbirlərdə, forumlarda iştirakını, çıxışlarını, dövlət müstəqilliyimizin 25–ci ildönümü münasibətilə diplomatik nümayəndəliklərin rəhbərlərinin rəsmi qəbulunu əks etdirir. Daimi saxlanılmaq məqsədilə qəbul olunmuş fotosənədlər, eyni zamanda – Prezidentin regionlara, o cümlədən Tərtər, Bərdə, Ağdam, Masallı, Biləsuvar, Salyan rayonlarına səfərlərini, zavod və fabriklərin, yeni çəkilmiş avtomobil yollarının açılışında iştirakını, 2016–cı ilin yekunlarına həsr olunmuş dövlət tədbirində iştirakını və çıxışını, Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında və Qazax rayonunda yeni istifadəyə verilmiş “Əhəng zavodu”nun açılışında iştirakını əks etdirir.

Tarix üçün əhəmiyyətli olan foto – kinosənədlər hazırda arxivdə Milli Arxiv Fonduna daxil edilmək üçün rəsmilədşdirilir. Hər bir sənədin ayrıca məlumat bazası yaradılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.