DÜNYA
Prezidentliyə namizəd Həsən Ruhani Təbrizə səfər edib
Tehran, 15 may, AZƏRTAC
İranda keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərin təbliğat-təşviqat kompaniyaları davam edir.
Prezidentliyə namizəd Həsən Ruhani təbliğat-təşviqat kompaniyası çərçivəsində mayın 15-də İranın ikinci böyük şəhəri olan Təbrizə səfər edib. Təbrizlilər tərəfindən hərarətlə qarşılanan H.Ruhani axşamüstü “Şəhid Purşərifi” stadionunda tərəfdarları ilə görüş keçirəcək.
Görüşdə H.Ruhani gələcək planları haqqında məlumat verəcək və ölkənin inkişaf proqramını təqdim edəcək.
Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçiriləcək. Yaxın Şərqdə baş verən gərgin siyasi proseslərin fonunda İrandakı prezident seçkiləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]