DÜNYA
Printerlər internet hücumuna ən dayanıqsız qurğudur
Bakı, 9 sentyabr, AZƏRTAC
İnternet üzərindən çap protokolunu dəstəkləyən müasir printerlərin əksəriyyəti fayllara ümumi giriş təklif edir.
“BitDefender” şirkətinin mütəxəssisi Boqdan Botezatu deyib ki, marşrutlaşdırıcı ilə müqayisədə printerlər internetdə hücuma dayanıqsız ən zəif qurğudur.
AZƏRTAC “securitylab.ru” saytına istinadən xəbər verir ki, amma son zamanlar tez-tez bu və ya digər istehsalçının marşrutlaşdırıcısında aşkar edilmiş boşluqlar haqda xəbərlər oxuyuruq. Məsələn, cari ilin avqustunda Çinin “BHU” şirkətinin istehsalı olan marşrutlaşdırıcıda hakerlərə müxtəlif əməliyyatları həyata keçirməyə imkan verən çoxsaylı boşluq aşkar edilib.
Tədqiqatçının sözlərinə görə, internet üzərindən çap protokolunu dəstəkləyən müasir printerlərin əksəriyyəti fayllara ümumi girişi təklif edir. Bu halda istifadəçilərin bir çoxu standart sazlamanı dəyişdirərək bu seçimi deaktiv etmir. Bunun nəticəsi kimi haker məxfi sənədlərə müdaxilə edə bilir.
Bundan əvvəl Nyu-York Universitetinin tədqiqatçıları xəbərdarlıq edirdilər ki, internetə qoşulmuş “3D” printerlər yalnız üçölçülü obyektlərin yaradılması üçün deyil, həm də sənaye casusluğu üçün istifadə edilə bilər.