İQTİSADİYYAT


“Pro Kredit” Bank Olmayan Kredit Təşkilatının istiqrazlarının buraxılışı qeydiyyata alınıb

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Pro Kredit” Bank Olmayan Kredit Təşkilatı ASC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 300 ədəd adi, faizli, təmin edilməmiş istiqrazların buraxılışı AZ2002019589 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan AZƏRTAC-a bildiriblər ki, istiqrazların tədavül müddəti 24 ay, illik gəlirlilik dərəcəsi 8 faizdir. İstiqrazlar qapalı yerləşdirilmə üsulu ilə yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.